BolgeXeber.Com » Gündəm » Azərbaycanlı iş adamı Türkiyədə şirkət aldı

Azərbaycanlı iş adamı Türkiyədə şirkət aldı

2-11-2011, 05:55
Oxunub: 7 409 Sahib Həmzəyev «Med Menkul» şirkətini 1,5 milyon manata sahib olub, 7,5 milyon manatlıq layihə isə yoldadır

İnvestisiya birjalarında fəaliyyət göstərən və TSMF tərəfindən idarə edilən və nəzarəti Med Menkul şirkəti tərəfindən həyata keçirilən Səhmdar Cəmiyyət Azərbaycanlı iş adamı tərəfindən satın alınıb. Bolgexeber.com xəbər verir ki, Med Menkul Sahib Mirzəyev adlı iş adamının rəhbəri olduğu Azərbaycan sığorta şirkəti tərəfindən 3 milyon lirəyə, 1,5 milyon manata çatın alınıb.

Məsələ ilə bağlı yayılmış yazılı açıqlamada bildirilib ki, ilkin mərhələdə qapalı zərflə keçirilən tenderdə Sahib Həmzəyev və Smart Live Market şirkətinin rəhbəri Xəyyam Qaripoğlu qalıblar. Ən çox pul təklif etdiyinə görə, azərbaycanlı iş adamı tenderin qalibi olub.

Tenderi udan Azərbaycan şirkətinin nümayəndəsi Elşən Quliyev deyib ki, bu investisiya ilə uzunmüddətdən bəri fəaliyyət göstərdikləri Türkiyə maliyyə birjalarında daha bir yerilik ediblər. «Bundan sonra da Türkiyənin maliyyə bazarında ciddi addımlar atmağı planlaşdırırıq».

Quliyev daha sonra deyib ki, bu tenderi udmaqla güclü bir Azərbaycan sərmayəsini də Türkiyəyə gətirməyi planlaşdırırlar. Onun sözlərinə görə, təmsil etdiyi şirkət ilkin mərhələdə 15 milyon lirəlik, yəni 7,5 milyon manatlın bir sərmayəni Türkiyəyə gətirəcəklər.