BolgeXeber.Com » Gündəm » Üzeyir Cəfərov rektordan 1000 manatlıq borcunu istədi

Üzeyir Cəfərov rektordan 1000 manatlıq borcunu istədi

2-07-2014, 09:55
Oxunub: 3 425 "O vaxtdan bu günə kimi o pulu siz mənə min bir bəhanə ilə qaytarmırsınız"

Üzeyir Cəfərov "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyevə Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurovun qızının təhsil haqqına görə dövlət imtahanına buraxılmaması ilə bağlı müraciət edib.

Axar.az xəbər verir ki, hərbi ekspert bu barədə müraciəti öz Feysbuk səhifəsində yerləşdirib.

O, Əhməd Vəliyevdən ona olan 1000 manat borc pulunun İsgəndər Aznaurovun qızının təhsil haqqı əvəzinə qəbul edilməsini istəyib:

“Buradan millət vəkili və eyni zamanda "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyevə səslənirəm. Hörmətli Əhməd müəllim, sizin 2004-cü ildən mənə 1000 manata yaxın pul borcunuz var. Bu pul böyük qızım Leylanın TQDK xətti ilə sizin universitetin Hüquq fakültəsinə daxil olarkən 2004-cü ildə rəsmi qaydada sizə ödədiyim pul vəsaitidir ki, o vaxtdan bu günə kimi o pulu siz mənə min bir bəhanə ilə qaytarmırsınız. Xatırladıram ki, qızım ailə qurması ilə əlaqədar ali təhsilini yarımçıq qoyaraq həyat yoldaşı ilə Azərbaycanın rayonlarından birinə köçərək orada yaşayır. Mən sizin qəbulunuzda olarkən, sizdən ödənilmiş təhsil haqqına görə pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdim. Amma sizin müxtəlif bəhanələriniz, o cümlədən o pulun yalnız qızıma qaytarıla biləcəyini deməyiniz məni bu işdən bir qədər soyutdu. Dünənki məlumatı oxuduqdan sonra isə qərara gəldim ki, həmən o 1000 manata yaxın pul vəsaitini Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın təhsil haqqını ödəməsinə yönəldilməsi haqqında göstəriş verməyi sizdən xahiş edim. Mətbuat vasitəsiylə etdiyim bu müraciəti xahiş edirəm, rəsmi müraciət kimi qəbul edəsiniz”.
Bolgexeber.com