2 saylı Bakı Peşə Məktəbində qanunsuzluqlar baş alıb gedir
2-07-2014, 12:30
Oxunub: 4 560
Paşayev idarəçiliyini öz maraqları üzərində qurub
2 saylı Bakı Peşə Məktəbinin direktoru vəzifəsini icra edən Firudin Paşayevin əməllərindən, onun yol verdiyi ciddi nöqsanlardan redaksiyamıza informasiya daxil olub. Paşayev peşə məktəbinin idarəçiliyini öz maraqları üzərində qurub. Məlumatda qeyd olunur ki, adıçəkilən təhsil müəssisəsində tələbələrdən müxtəlif bəhanələrlə pul yığılır, sinif jurnalları müəllimələrə baha qiymətə satılır, müəllimlər isə öz növbəsində, məcburiyyət qarşısında qalıb jurnalın pulunu tələbələrdən çıxarırlar. Bir sözlə, 2 saylı Bakı Peşə Məktəbində anarxiya hökm sürür. Bu gün Firudin Paşayevin rəhbərlik etdiyi təhsil ocağında durum heç də ürəkaçan deyil.
İmtahan dövrünü yaşayan təhsil müəssisəsi sözün əsl mənasında orada təhsil alan tələbələri cana yığıb. Redaksiyamıza daxil olan məlumatda göstərilir ki, peşə məktəbinə qanunsuz olaraq tələbə qəbul olunur. Sonra da həmin tələbələrin adları jurnala yazılsa da, dərslərdə iştirak etmirlər. İstədikləri vaxt gəlib, istədikləri vaxt da gedirlər. Bu isə digər oxuyan tələbələrin narazılığına səbəb olur. Belə tələbələr oxuyanlara da mane olurlar. Çünki onlar nəyinsə hesabına qiymət alırlar. Lakin oxuyan tələbələri isə gözümçıxdıya salırlar. Hər vəchlə çalışırlar ki, imtahandan kəssinlər və öz şərtlərini irəli sürmək imkanları yaransın. Belə olan halda isə oxuyan tələbələr də onların təsir dairəsinə düşür və irəli sürülən şərtlərlə razılaşmalı olurlar.
Əgər Təhsil Nazirliyi, eləcə də digər aidiyyəti dövlət qurumları 2 saylı peşə məktəbinə baş çəksələr, obyektiv araşdırma aparsalar, o zaman məlum olacaq ki, Firudin Paşayevin rəhbərlik etdiyi təhsil müəssisəsində keyfiyyətli təhsildən əsər-əlamət qalmayıb. Onun nəticəsidir ki, bu gün sözügedən peşə məktəbini bitirən tələbələr cəmiyyətdə özlərinə yer tapa bilmirlər. İşlə bağlı hara müraciət edirlərsə, qeyri-peşəkar kimi qiymətləndirilirlər. Bu isə əlbəttə ki, həmin təhsil ocağınını imicinə zərbədir. Gələcək nəslin şagirdləri isə bu təhsil müəssisəsinə müraciət etməkdə tərəddüd edəcəklər. Bütün bunlar isə birbaşa Firudin Paşayevin qanunsuz fəaliyyətinin nəticəsidir ki, bu gün həmin təhsil ocağını bitirən yüzlərlə tələbə işsiz qalıb və cəmiyyətdə özünə yer tuta bilməyib. Bütün bunlara baxmayaraq, Firudin Paşayev özbaşınalıqlarından geri qalmır. Qanunsuz işlərini həyata keçirməkdə davam edir. Dəfələrlə "Gündəlik Bakı” qəzeti olaraq sözügedən peşə məktəbində yaşanan problemlərlə bağlı ictimaiyyətə məlumat versək də, bu cür qanunsuzluqların qarşısını almaq üçün heç bir addım atılmır. Görünür, Paşayevin arxasında hansısa məmur dayanıb. Əks halda bu iş müvafiq qurumlar tərəfindən araşdırılar və lazımi tədbir görülərdi. Eyni zamanda peşə məktəbinin direktoru da arxayınlaşıb öz əməllərini davam etdirməzdi. Lakin təəssüf ki, bu şəxs öz qanunsuz əməllərindən geri qalmır. Dövlətə məxsus müəssisədən öz əmlakı kimi istifadə edir. Paşayev hansı havanı çalırsa, işçiləri də həmin havanı oynamaq məcburiyyətində qalır. Çünki ətrafına topladığı insanlar da öz adamlarıdır. Hamı işini itirməmək üçün susur. Düzdür, təhsil ocağında baş verənlərlə bağlı bəziləri yuxarı orqanlara müraciət etmək istəsə də, bundan duyuq düşən direktor həmin müəlllimləri işdən azad edib. Ona görə də ümid ediirk ki, müvafiq orqanlar lazımi tədbirlər görəcək və sözügedən təhsil ocağında yaşanan problemləri aradan qaldıracaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər