BolgeXeber.Com » Gündəm » Ağzını tikən sahibkardan Hacı İbrahim Nehrəmliyə yeni ittihamlar

Ağzını tikən sahibkardan Hacı İbrahim Nehrəmliyə yeni ittihamlar

3-07-2014, 13:00
Oxunub: 3 822 "Hacı İbrahim Nehrəmli öz gücündən istifadə edib bütün məhkəmələrdə öz xeyrinə qərar cıxartdırır"

İki mənzil üçün “AVESTA” Konserninə daxil olan “HƏSƏN-96″ MTK-ya ödədiyi 355 min manatı ala bilməyən Qazaxlı iş adamı Elşad Məmmədov iyulun 2-də RATİ-də növbəti mətbuat konfransını keçirib. Azərbaycanda ən iri iş adamlarından biri olan Hacı İbrahim Nehrəmli tərəfindən haqqı tapdalanan Qazaxlı iş adamı Elşad Məmmədov 355.000 manatının batırılmasına qarşı bütün çabalarının nəticəsiz qalması üzündən, ağzını tikməklə etiraz etməyə məcbur olmuşdu.
Konkret olaraq, bu hadisənin detallarını və Elşad Məmmədovun haqlı olmağı məsələsi hüquqi həllini tapmasa da, ümumilikdə Azərbaycandakı orta və kiçik ranqlı iş adamları üçün simvoıik xarakter daşıyır. Təbii ki, Hacı İbrahim səviyyəsində hakimiyyətdə dayaqları olan iri iş adamları daha fərqli vəziyyətdədirlər və belə problemlərin əksəriyyəti məhkəmələr tərəfindən məhz onun kimilərin xeyrinə həll olunur. Məşhur iş adamı deyir ki, agzını tikən E.Məmmədov guya ona məxsus restoranda həmin 355.000 dəyərində iş görməli imiş görməyib. Yaxşı, tutaq ki, iş görməliymiş? Bəs, hanı hüquqi sənədlər ki, E.Məmmədovun imzasıyla müqavilə bağlanaraq təsdiqini tapsın? Təbii olaraq yoxdur. Amma, Elşad Məmmədovun əlində “AVESTA” Konserninə daxil olan “HƏSƏN-96″ MTK-dan 51 və 52 saylı mənzillərin satın alınması haqqında bütün hüquqi sənədlər var. Buna baxmayaraq hər iki mənzilin E.Məmmədovun əlindən alınması düzgündürmü? Hər halda 355000 manatlıq iş tapşirılan şəxs ağıldan kəm olmazdı, beləsinə Hacı ibrahim də bu dəyərdə iş tapşırmazdı və agzını tikməsi də onun hansısa əqli çatışmazlığı deyil, çox böyük ehtimalla çıxılmaz vəziyyətə düşməsi ilə bağlıdır.
Sizi əmin edə bilərik ki, Azərbaycanda E.Məmmədovdan qat-qat böyük məbləğdə pulu batırılan və haqqı tapdanan çoxlu sayda iş adamları var. Ancaq onlar ağızlarını iynə-sapla tikməklə deyil, sadəcə susmaqla yumublar. Elşad Məmmədov: – “Azərbaycanda qanunlar işləmir”. Hacı İbrahim Nehrəmli öz gücündən istifadə edib bütün məhkəmələrdə öz xeyrinə qərar cıxartdırır. Sonra isə ağız dolusu deyir ki, haqlı olsaydı, məhkəmələrdə uduzmazdı. Mən sual edirəm? Hansı məhkəmələrdən danışır bu milyarder????”
Bolgexeber.com