BolgeXeber.Com » Gündəm » "Beloçka" tum çırtlayanların danışmaq həvəsini necə boğur... - Fırıldaq var

"Beloçka" tum çırtlayanların danışmaq həvəsini necə boğur... - Fırıldaq var

3-07-2014, 15:45
Oxunub: 5 404 Azərbaycanda ani və stimullaşdırıcı lotoreyalar həyata keçirən yerli istehsalçılar adətən istehlakçıları aldatmaqla məşğul olurlar

Xüsusilə də yerli bazarda qablaşdırılmış günəbaxan tumilarının satışını həyata keçirən sahibkarlarla bağlı dəfələrlə şikayətlər daxil olub. Adətən günəbaxan tumlarının içindən çıxan uduşları marketlərə təqdim edən vətəndaşlar onları aylarla əldə edə bilmirlər. Məsələn redaksiyamıza Badamdar qəsəbəsində yaşayan Elçin Kərimov adlı bir istehlakçı müraciət edərək bildirir ki, 2 ay əvvəl «Bizim Ailə» tumlarının içindən «ləb-ləbi qabı» udub. Uduş kuponunu Badamdar qəsəbəsində «Endi» marketə təqdim edən vətəndaş bildirir ki, 2 aydan çoxdur ki, qazandıiğı hədiyyəni ala bilmirlər. Marketdən isə deyirlər ki, hələ də həmin məhsul gəlib çıxmayıb.

Bununla belə Gundeminfo.az-a daha çox şikayətlər daxil olan günəbaxan tumlarının satışını həyata keçirən istehsalçı şirkətlərdən biri də «Ayan» MMC-dir. Belə ki, bu MMC aylardır ki, stimullaşdırıcı lotoreyalar üzrə satdığı məhsulun qabının içində «Al qazan – ani uduşlu dəqiqələr «Bnloçka»dan Baksell abonentləri üçün» kampaniyası keçirir. Satışdı olan bütün «Beloçka» tumlarının qabından istisnasız şalda 10 rəqəmli şifrə çıxır. Kampaniyanın şərtlərinə əsasən 10 rəqəmli şifrəni yazıb Bakcell abunəçiləri 6070-ə qısa sms-lə göndərməlidirlər. Lororeyanın şərtlərinə əsasən 6070-ə göndərilən sms-lər pulsuzdur. Şərtlərə əsasən hədiyyə dəqiqələrindən butun Bakcell abunəçiləri şəbəkə daxili 3 gün ərzində yararlana bilərlər. Lakin bu bir blefdir. Çünki «Beloçka»nın tumlarından çıxan həmin 10 rəqəmli şifrəni 6070-ə göndərən istehlakçı balansında heç bir dəyişiklik baş vermədiyini müşahidə edir. İstehlakçılar bildirirlər ki, «Ayan» MMC-nin apardığı ani lotoreya reklamı yarımçıqdır. Çünki ani lotoreya və stimullaşdırıcı reklam haqqında müvafiq qanunvericiliyə əsasən şərtlər aydın yazılmalıdır. Lakin «Ayan» MMC «Beloçka» tumları üzərindəki reklam kampaniyası ilə bağlı məlumatları yarımçıq yerləşdirir. Uduşlar üzrə 10 rəqəmli şifrəni 6070-ə göndərən istehlakçıya nə qədər pulsuz dəqiqələr veriləcəyi barədə heç bir məlumat yoxdur. Bu isə qanunvericiliyin tələblərinin pozulmasıdır. Bundan başqa 3 gün müddətində Bakcell abunəçilərinin şəbəkədaxili istifadə etməli olduqları naməlum həcmdə danışıq imkanları da adətən təqdim edilmir. Bakcell abunəçisi olan istehlakçılar deyirlər ki, «Beloçka»nın içindən çıxan şifrəni yüklədikdən sonra balansı öyrənmək üçün *100# əməliyyatını həyata keçirərək balansı öyrənərkən artma əvəziə bu əməliyyata görə daha 2 qəpik itirərək azalma müşahidə edirlər. Qeyd edək ki, Azərbaycanda ani stimullaşdırıcı lotoreyalarla bağlı nəzarət mexanizmini həyata keçirən qurum Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyinin müvafiq strukturlarıdır. Güman edirik ki, bu məsələ ilə bağlı olaraq rəsmi qurumlar və istehlakçı tərəf də açıqlama ilə çıxış edəcəklər. Yazılanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq.