2 saylı Klinik Psixiatriya Xəstəxanasında özbaşınalıq...
4-07-2014, 11:55
Oxunub: 12 208
Baş həkim Cəmilə Əmrahova Oqtay Şirəliyevin etimadını doğrultmur
Səhiyyə Nazirliyinin xəstələr üçün ayırdığı dərman preparatları və ərzaq hara yoxa çıxır?
Rəsmi statistikaya əsasən, il ərzində paytaxtdakı ruhi-əsəb dispanserlərinə 15 minə yaxın insan müraciət edir. Hazırda respublika üzrə 9 psixiatriya xəstəxanası, 11 dispanser fəaliyyət göstərir. Etiraf etməliyik ki, ölkəmizdə son 40 ildə ilk dəfə olaraq həm psixiatriya yardımı, həm də ümumiyyətlə, psixi sağlamlıq istiqamətində köklü dəyişikliklər həyata keçirilib. Hazırlanan müvafiq plana əsasən, yaxın illər ərzində bu müəssisələrin bir qismi əsaslı təmir ediləcək, bir qismi isə tamamilə yenidən qurulacaq. Artıq paytaxtda və bölgələrdə müasir tələblərə cavab verən bir neçə korpus tikilib və müasir avadanlıqlarla təchiz olunub.
Təəssüf ki, bir çox insanlar psixi xəstələrin mütləq qapalı bir yerdə saxlanılmalı olduğunu düşünürlər. Onlar hesab edirlər ki, ölkədə psixiatriya müəssisəsi nə qədər çox olsa, bir o qədər yaxşıdır. Mütəxəssislər hesab edir ki, psixi problemləri olan insanların dövlət balansında olan mərkəzlərə müraciət etməklə müalicə olunmaları şansı çox yüksəkdir. Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən bəzi ruhi-əsəb xəstəxanalarında isə vəziyyət ürəkaçan səviyyədə deyil. Əldə etdiyimiz informasiyaya görə, Nəsimi rayonu ərazisində yerləşən 2 saylı Klinik Psixiatriya Xəstəxanasında psixi problemi olan insanlara göstərilən tibbi xidmət olduqca acınacaqlı haldadır. Məlumatlı şəxsin bizimlə paylaşdığı bilgilərə əsasən səhiyyə müəssisəsinin rəhbəri təxminən 1 ay əvvəl dəyişdirilib: «Xəstəxanaya son bir aya qədər Şaiq Sultanov rəhbərlik edirdi. Nazir Oqtay Şirəliyevin müvafiq əmri ilə o, işdən çıxarıldı və yerinə Cəmilə Əmrahova təyin edildi. Cəmilə xanım xəstəxanaya baş həkim keçəndən sonra həm tibb ocağında çalışan şəxslərin, həm də burda müalicə alan psixi xəstələrin günü qara olub. Xəstəxanada daha çox yüngül psixi problemləri olan xəstələr müalicə alır. Yəni o qədər də ağır xəstələr yoxdur. Dövlət tərəfindən onlara pulsuz dərman preparatları və qida məhsulları verilir. Daha doğrusu verilməlidir. Amma baş həkim dəyişəndən sonra xəstələr dərmanı öz maliyyə imkanları hesabına alırlar. Şaiq Sultanovun dövründə də buna bənzər problemlər var idi. Cəmilə Əmrahova isə onun ölənlərinə rəhmət oxutdurur. Şöbə müdirləri hər gün baş həkimə gün ərzində gördükləri «işlə» bağlı məlumat verirlər. Tibb bacıları xəstə yanına gələn insanlardan nəysə almamış qapıdan içəri buraxmırlar. Adam bura girəndə bilmir xəstəxanadadır, yoxsa bazarda. Hansı həkimə, tibb bacısına baxırsan əlində nəysə sayır. 2 saylı Klinik Psixiatriya Xəstəxanasında müalicə alan insanlar baxımsızlıqdan əziyyət çəkir. Həkimlər xəstələrlə qeyri-normal rəftar edir, bəzən isə onların düşdüyü vəziyyətdən istifadə edərək etikadan kənar ifadələr işlədirlər. Xəstələr üçün nəzərdə tutulan ərzaq məhsullarına da göz tikirlər. Burda verilən yemək keyfiyyətli olmadığından ailə üzvləri hər gün xəstələrə yemək gətirirlər. Cəmilə Əmrahova Şaiq Sultanovun dövründən qalan problemləri nəinki aradan qaldırdı, əksinə xəstəxananı uçuruma bir addım da yaxınlaşdırdı. Həkim məsuliyyətsizliyi ucbatından psixi problemi olan insanlar xəstəxanada çox qalmaq istəmirlər.
Baş həkim bir ay ərzində hələ ki, Oqtay Şirəliyevin etimadını doğrulda bilməyib. Cəmilə Əmrahova bu cür əməllərini davam etdirsə, çox güman ki, nazir onu cəzalandıracaq». Xatırladaq ki, 2 saylı Klinik Psixiatriya Xəstəxanasında keçən ilin dekabrında baş vermiş hadisə böyük səs-küy yaratmışdı. Belə ki, Bakı şəhəri, Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü pasient Elşən Mahir oğlu Əhmədli dekabrın 2-də Bakı şəhəri Təcili Tibbi Yardımın göstərişi əsasında 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına daxil olub. Qəbul zamanı pasient psixi oyanıq vəziyyətində olub.
Bununla əlaqədar o, klinikada müvafiq spesifik müalicə alıb. Artıq dekabrın 6-da xəstə sakitləşib, şöbədə davranışı qənaətbəxş olub. İki sanitarın müşahidəsi ilə rentgen müayinəsinə aparılarkən sanitarları itələyib, pilləkəni tullanaraq qaçmağa cəhd edib. Və bu zaman başından ağır zədə alıb və dünyasını dəyişib. Mərhumun ailə üzvləri isə övladlarının ölümündə həkim məsuliyyətsizliyini ön plana çəkiblər. Amma Elşən Əhmədlinin ölümünə görə xəstəxananın heç bir işçisi barədə cinayət işi qaldırılmayıb. Yuxarıda qeyd olunan məlumatlardan da göründüyü kimi, 2 saylı Klinik Psixiatriya Xəstəxanasında həkim səhlənkarlığı baş alıb gedir və səhiyyə ocağının rəhbəri Cəmilə Əmrahova vəzifəsinə laqeyd münasibət bəsləyir.
Məsələ ilə bağlı baş həkimin fikirlərini öyrənmək məqsədilə xəstəxanaya zəng vurduq. Qəbul şöbəsinin işçisi baş həkimin yerində olmadığını söylədi. İnanırıq ki, nazir Oqtay Şirəliyev məqaləni oxuyandan sonra işinə biganəlik edən baş həkimin barəsində lazımi ölçü götürəcək.gundelik-baku
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
P.S. Hələ biz dəlilik kağızlarının verilməsindən danışmırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər