Astaranın icra başçısı sakinlərlə görüşdə çıxılmaz vəziyyətə düşdü
4-07-2014, 14:35
Oxunub: 3 937
Artıq kimsə yalanları udmaq istəmir
Bu gün Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Suparibağ kəndində əhali ilə görüşüb. Bu barədə Dia.az-a məlumat verən rayon sakinləri bildirir ki, icra başçısı ilə görüş zaman bir insident də yaşanıb.
Redaksiyamıza məlumat verən mənbə iddia edir ki, başçı görüş zamanı görülən işlərdən danışıb: “Q.Ağayev bildirib ki, Suparibağ nümayəndəliyin xeyli ərazisini əhatə edən Ərçivan-Şuvi-Qapıçıməhəllə dairəvi yolu, Suparibağ-Seləkəran və Seləkəranla-Astara şəhərinin Giləkəran yaşayış massivini birləşdirən avtomobil yolları asfaltlanıb, Rudəkənar kənd ümumi orta məktəbinin yeni binası istifadəyə verilib, Suparibağ kənd tam orta məktəbi üçün inşa edilən binanın tikintisi isə başa çatdırılmaq üzrədir. Kəndə qaz və elektrik enerjisinin fasiləsiz verilişi təmin olunub”.
Mənbə bildirir ki, başçının bu sözlərindən sonra Suparibağ kəndinin sakinlərindən biri ayağa qalxaraq Qəzənfər Ağayevə etiraz edib: “Təxminən 60 yaşı olan kənd sakini başçını yalan danışmaqda ittiham edib və ona bildirib ki, bu qış boyunca onlar təbii qaz bir yana, işığın belə üzünü görməyiblər. Bundan sonra digər kənd sakinləri də bildiriblər ki, onlara qaz-işıq yayın istisində yox, daha çox qışda lazımdır”.
Mənbənin bildirdiyinə görə, icra başçısı və kəndin icra nümayəndəsi zorla sakinləri sakitləşdirib: “Hətta sonda yerli polis də işə müdaxilə edib”.
Qarşı tərəfi də dinləməyə hazırıq...
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər