İsmayıllıda qadını öldürüb meyidini gizlədən qatil həbs edildi
4-07-2014, 15:25
Oxunub: 3 084
E.Cəbiyev R.Talıbovanın meyitini həmin evin döşəməsinin altında gizlədib
İyulun 2-də saat 07 radələrində İsmayıllı şəhər sakini, 1933-cü il təvəllüdlü Talıbova Rəbiyyə Qasım qızının üzərində zorakılıq əlamətləri olan meyitinin İsmayıllı şəhəri, Q.Aslanov küçəsində tapılıb. Respublika Baş Prokurorluğundan Bolgexeber.com-a daxil olan xəbərdə bildirilir ki, bu barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayon sakini Cəbiyev Elbrus Samir oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İstintaqla müəyyən olunub ki, iyulun 1-də, saat 17 radələrində Elbrus Cəbiyev əvvəllər kirayədə qaldığı İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, 31A saylı evin həyətində sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zəminində keçmiş qonşusu Rəbiyyə Talıbovaya küt alətlə xəsarətlər yetirərək onu qəsdən öldürüb. Bundan sonra E.Cəbiyev R.Talıbovanın meyitini həmin evin döşəməsinin altında gizlədib, saat 04 radələrində isə meyiti evdən çıxarıb yolun kənarına atıb.
E.Cəbiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər