İcra başçısının diplomat oğluna- Rəsmi xəbərdarlıq(Video)
5-07-2014, 02:15
Oxunub: 3 797
Nicat Sadıqovun sosial şəbəkələrdə öz istirahəti və qatıldığı məclislərlə bağlı şəkil paylaşması nizam-intizamın pozulması kimi qiymətləndirilib
Azərbaycanın Latviyadakı konsulluğunun birinci katibi, Nicat Sadıqovun öz şəxsi avtomobilinə diplomatik nümayəndəliyə məxsus dövlət nömrə nişanını bağlayaraq diplomat adına yaraşmayan hərəkətlərə yol verilməsi ilə bağlı xəbərlər yayılıb.
Bolgexeber.com ans-ə istinadən xəbər verir ki, mətbuatda Nicat Sadıqovun Azərbaycana çağırıldığı və onunla həm Xarici İşlər, həm də Milli Təhlükəsizlik nazirliklərində “profilaktik söhbət” aparıldığı deyilir. Nicat Sadıqov Ağdam Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Sadıqovun oğludur və mətbuat da bu faktı xüsusi vurğulayır. Məlumatı aydınlaşdırmaq üçün Azərbaycanın Latviyadakı konsulluğunun birinci katibi Nicat Sadıqovla əlaqə saxadıq. O, bu xəbərlərin yalan olduğunu, qəsdən yayıldığını dedi. Diplomatın sözlərinə görə, Vyana Konvensiyasına əsasən diplomatların qırmızı nömrə nişanlı avtomobil idarə etməyə ixtiyari var.
Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də öz növbəsində diplomatlara qarşı yayılan belə xəbərlərin əsassız olduğunu vurğuladı.
Amma nazirliyin sözçüsü onu da dedi ki, Azərbaycanın xaricdə fəaliyyət göstərən istənilən məmurunun hərəkətləri nəzarət altındadır və ona görə də, Nicat Sadıqovun sosial şəbəkələrdə öz istirahəti və qatıldığı məclislərlə bağlı şəkil paylaşması nizam-intizamın pozulması kimi qiymətləndirilib və ona xəbərdarlıq edilib. Eyni zamanda Xarici İşlər Nazirliyi mətbuata məlumatların kim tərəfindən ötürüldüyünü də araşdırır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər