BolgeXeber.Com » Gündəm » Müşfiqabadda vəhhabi-şiə davası: polis hərəkətə keçdi

Müşfiqabadda vəhhabi-şiə davası: polis hərəkətə keçdi

5-07-2014, 13:10
Oxunub: 4 294 “Müşfiqabad qəsəbəsində vəhabilərlə şiə gənclər arasında dava baş verib. Hazırda faktla bağlı araşdırma aparılır”

Bu barədə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin növbətçi hissəsindən Axar.az-a məlumat verilib. Məlumatda deyilib ki, hadisədə kimin təqsirkar olması və həbs edilənlərlə bağlı rəsmi məlumat araşdırma başa çatandan sonra ictimaiyyətə çatdırılacaq.

Müşfiqabad qəsəbə sakinlərindən aldığımız məlumatda isə deyilir ki, münaqişə məsciddə axşam namazından sonra verilən iftar süfrəsində başlayıb. Mərasimdə vəhhabilərlə yanaşı, şiə gənclər də iştirak edib. Vəhhabilər onların iftara dəvət edilməsinin yanlış olduğunu, Allaha deyil, bütlərə ibadət edənlərlə bir yerdə iftar açmaq istəmədiklərini bildiriblər. Gənclər isə ciddi etiraz ediblər və mübahisə sonda münaqişəyə gətirib çıxarıb.

Vəhabilərin gənclərlə davasında Əli, Osman və Rauf adlı gənclərin (soyadlarını öyrənə bilmədik) ciddi xəsarət aldığı bildirilir. Davanın kütləvi xarakter alması isə hüquq-mühafizə orqanlarını dərhal hərəkətə keçməyə vadar edib.

Xatırladaq ki, dünən Sabirabadda və Müşfiqabadda baş verən şiə-vəhhabi fikir toqquşmasının münaqişə səviyyəsinə yüksəlməsinin səbəbləri və bunun xaricdən körüklənməsi barədə qeyri-rəsmi məlumatlar yayılır.

Məlumatları araşdırmağa çalışırıq...