Paytaxtda eyni gündə 4 aksiya
3-11-2011, 08:40
Oxunub: 1 909
Aldadılanlar əhalini «Şərur» şirkətindən və ona bağlı olan şirkətlərdən ev almamağa çağırıblar
“Kamran B.Ə” mənzil-tikinti firmasının aldatdığı müştərilər çərşənbə günü Media Mərkəzində mətbuat konfrnası keçiriblər. Hüquq müdafiəçisi Ələkbər Məmmədov “Kamran B.Ə” şirkətinin aldatdığı müştərilərin mənzil üçün ödədikləri maliyyə vəsaitlərini hələ də qaytarmadıqlarını söyləyib.
Şirkətin bir neçə əməkdaşına cinayət işi qaldırılması yetərli sayılmayıb. “Dövlətin vətəndaşını aldatdığına görə, bu, onlara verilən cəzadır, vətəndaşın pulunu kimin qaytaracağı əsas məsələdir” - deyə Ə.Məmmədov əlavə edib.
O, şirkətləri dövlət qeydiyyatına almaqla onlara dövlətin şərait yaratdığını xatırladaraq indiki halda maliyyə vəsaitlərini də vətəndaşlara dövlətin qaytarmalı olduğunu qeyd edib. Bununla yanaşı aldadılan vətəndaşlar “Şərur” tikinti şirkətinin tikdiyi evlərin ATV və “Xəzər TV”də reklam olunmalarına etirazlarını ifadə ediblər. Bu reklamlara etiraz cavabı olaraq aldadılan müştərilər noyabrın 3-ü saat 12:00-da ATV-nin, saat 14:00-da isə “Xəzər TV”nin önündə aksiya keçirəcəklərini bildiriblər.
Bundan əlavə aldadılan sakinlər maliyyə vəsaitlərinin qaytarılması tələbilə elə noyabrın 3-ü saat 16:00-da baş prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsi önündə aksiya keçirməyi nəzərdə tuturlar. Bundan sonra isə PA önünə yürüş planlaşdırılır.
Aldadılan müştərilər “Kamran B.Ə” şirkətini və daha bir neçə şirkəti “Şərur” şirkətinin törəmələri adlandıraraq bu şirkətlərin neçə illərdir ki, ölkə əhalisini aldatmaqla məşğul olduqlarını deyiblər. Ölkə əhalisinə “Şərur” şirkətindən və ona bağlı olan şirkətlərdən ev almamaq çağırışı ediblər.
Bu şirkətin daha bir “oyunu” haqda məlumat verilib. Müştərilər qeyd edib ki, “Şərur”un başçısı Isfəndiyar Axundov mənzilin qiymətilə müqayisədə məbləğin yarısından az hissəsini verən vətəndaşlara verilən puldan 1000 manat mənimsəməklə qalan məbləği qaytarmaq təklifi verib.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial