Siyəzəndə iki qardaşın faciəsi: valideynlər intihar etmək istədi
6-07-2014, 13:45
Oxunub: 3 110
Siyəzəndə kanalda batan qardaşlardan birinin cəsədinin axtarışı hələ də davam edir
Bu barədə məlumatı Siyəzən rayon icra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev verib.
O, kanalda batan 12 yaşlı Rəvan Seyfulla oğlu Zəkiyevin cəsədinin ötən gün tapıldığını, onun qardaşı 13 yaşlı Elnur Seyfulla oğlu Zəkiyevin cəsədinin tapılması istiqamətində hazırda axtarış əməliyyatlarının davam etdiyini bildirdi: "Siyəzən Rayon Fövqəladə Hallar İdarəsinin və yerli Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə cəsədin axtarışına başlanılıb. Ötən gün kanala suyun verilməsi dayandırılmışdı. Bu gün isə kanala su verilib. Bəlkə indi harasa ilişib-qalan cəsədi su yuyub üzə çıxarar”.
Cəsədi tapılmayan Elnur Zəkiyevin valideynləri ötən gün özlərini həmin kanala atmaq istəyiblər. Amma onların bu niyyətlərinin qarşısı tez bir zamanda alınıb.
Qeyd edək ki, 4 iyulda axşam saat 19:30 radələrində iki azyaşlı qardaş Elnur Seyfulla oğlu Zəkiyev və Rəvan Seyfulla oğlu Zəkiyev Siyəzəndə Taxtakörpu adlanan ərazidən Ceyranbatana gedən kanalda batmışdı. ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər