BolgeXeber.Com » Gündəm » Zakir Qaralovla görüşmək istəyənlərin nəzərinə

Zakir Qaralovla görüşmək istəyənlərin nəzərinə

7-07-2014, 13:10
Oxunub: 3 475 Elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər

Baş prokuror Zakir Qaralov cari il iyulun 18-də saat 11:00-da Astararayon prokurorluğunun inzibati binasında Astara, Lənkəran, Lerik, Masallı və Yardımlırayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Prokurorluğun Mətbuat Xidmətindən Bolgexeber.com-a daxil olan məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Astara rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazılabilərlər.
Bolgexeber.com