Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze vəfat etdi
7-07-2014, 14:25
Oxunub: 2 882
E. Şevardnadze 87 yaşında dünyasını dəyişib
Gürcüstanın sabiq prezidenti, görkəmli ictimai-siyasi xadim Eduard Şevardnadze vəfat edib.
Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də Lançxuti rayonunun Mamati kəndində (Qərbi Gürcüstan) anadan olub. Tbilisi Tibb Texnikumunda oxuyub. 1959-cu ildə Kutaisi Pedaqoji İnstitutunu bitirib.
1946-cı ildən komsomol və partiya işində çalışıb. 1961-ci ildən 1964-cü ilə qədər Mtshete, daha sonra Tbilisinin Bir May Rayon Partiya komitələrinin birinci katibi olub.
1964-1972-ci illərdə əvvəlcə ictimai qayda-qanunun müdafiəsi nazirinin birinci müavini, sonra Gürcüstanın daxili işlər naziri işləyib.
1972-ci ildən 1985-ci ilə qədər Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.
1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri işləyib və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olub. SSRİ Ali Sovetinin 9-11-ci çağırışının deputatı seçilib.
1991-ci ildə SSRİ-də dövlət çevrilişinə, hərbi diktaturanın tətbiq edilməsinə etiraz olaraq Kommunist Partiyası sıralarından uzaqlaşıb.
1992-ci ildən Gürcüstan Respublikasına rəhbərlik edib - əvvəlcə Dövlət Şurasının sədri, sonra Gürcüstan parlamentinin və Dövlət Müdafiə Şurasının sədri (1992-95) kimi.
1995-ci ildə Gürcüstanın prezidenti seçilib.
2000-ci il seçkisində yenidən Gürcüstanın prezidenti postunu tutub.
2003-cü ilin payızında inqilab nəticəsində istefa verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər