BolgeXeber.Com » Gündəm » “Patron” tumlarının yalançı reklam oyunu - ARAŞDIRMA

“Patron” tumlarının yalançı reklam oyunu - ARAŞDIRMA

8-07-2014, 08:35
Oxunub: 6 032 2012-ci ildə bazardan çıxarılan tumlar yenidən necə bazara qayıtdı?

Azərbaycanda istınilən növ məhsulun şişirdilmiş şəkildə reklamı artıq adi hala çevrilib. Bu gün reklam bazarını əlində cəmləyən bəzi telekanallar istənilən məhsulu necə gəldi reklam edə bilir.

Əlbəttə, reklamı həyata keçirənlər üçün o məhsulun nə qədər keyfiyyətli olub-olmadığı maraqlı deyil. Həmçinin reklama çəkilən məhşur üçün də keyfiyyət deyil, çəkildiyi reklamdan əldə eytdiyi qazanc vacibdir. Elə isə kim məsuliyyət daşıyır; yalançı reklamları yayanlar, o reklamlara çəkilənlər, yoxsa reklamı və keyfiyyətsiz məhsullarla insanları aldadan şirkətlər?..

Bu suallar uzun illərdi açıq qalır. Görünür, hələ bir müddət də belə olacaq. Hələliksə, bizə yalnız yalançı reklamlarla insanları keyfiyyətsiz məhsulları ilə aldadan şirkətlər və onların fəaliyyətindən yazmaq qalır.

Hansısa işbazın pul qazanmasına xatir bu növ məhsulları reklam etməklə uşaqları və böyükləri zəhərləmək heç də pul qazanmaq kimi istəklərdən öndə deyil. Bü gün istənilən şəxs əlinə bir az pul keçən kimi şirkət yaradır və insanların sağlamlığını düşünmədən qida istehsalına başlayır. Belələrindən biri də “Patron” tumlarıdır.

Ekspertlər hesab edir ki, dənli bitkilər sırasına aid olan tumlar insan orqanizmində müxtəlif xəstəliklər yaratmaqla yanaşı, bağırsaq çöpü kimi ağır fəsadlara yol açır. Odur ki, bu növ məhsulların istehsalı zamanı bütün incəliklər nəzərə allınmalıdır. Alınırmı? Əlbəttəki yox…

“Patron” tumları necə istehsal olunur?

Bir aydan artıqdır ki, müxtəlif formalarda “Patron” tumlarının reklamı yenidən bazara qayıtmasını göstərir. Əslində, bu tumların istehsalı 2012-ci ildən başlanıb. “Patron” günəbaxan tumları qabının üzərində yazılana görə, Elşad Məmmədov adlı birinindir və tumlar Tərtər rayonunda istehsal edilir. Hansı şəraitdə, necə istehsal olunmasından öncə reklamına diqqət edək:

Tum istehsalçısı adamı elə aldadır ki, elə bil bu məhsulun işərisindən ən azından qızıl, brilliyant və digər qiymətli əşyalar çıxacaq. Yalançı vədlərə inanan istehlakçı da həmin tumları bəh-bəhlə alır ki, bəs bu nəsə udacaq. Amma tumu alandan sonra məlum olur ki, burada nə uduş var, nə də hədiyyə. Bu yolla cənab Elşad Məmmədov pul qazanır, camaat isə şirnikləndirici reklam və aldadıcı vədlərə uyur, sonda peşiman olur. Ən qəribəsi odur ki, bu tumların sposorluğu ilə telekanallarda verilişlər yayımlanır. 5-10 qutuya uduş qoyulur və efirdən insanlara göstərilir ki, içində nəsə var. Amma mağazadan alınan qutulardan isə heç nə çıxmır və reklamın yalan olduğu üzə çıxır.

Reklamlar nəyə hesablanıb?

Ümümuyyətlə, bu reklamın özündə bir yanlışlıq var. Tutaq ki, 10 tum paketindən 5-də müxtəlif hədiyyə var. O hədiyyələrin 5-nin minimal qiyməti 5 manat civarındadır. Tumun öz qiyməti isə 20 qəpikdir. 5 hədiyyənin qiyməti isə 10 tum paketindən iki dəfə baha edir. O zaman şirkət yarı ziyanla işləyir? Deməli reklam yalandır.

Məsələnin ən acınacaqlı tərəfi isə bu tumların keyfiyyətsiz və standartlara uyğun hazırlanmaması barədə daxil olan məlumatlardadır. Ümumiyyətlə, Azərbaycanda bəzi müəssisələrin standartlara cavab verməyən qida məhsullarının istehsal ilə məşğul olması barədə dəfələrlə rəsmi və ya qeyri rəsmi məlumatlar yayılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi demək olar ki, hər gün belə müəssisələri üzə çıxararaq cərimələyir. Amma bu problemin qarşısını hələ də tam almaq mümkün deyil. Onlar öz ampulalarında, öz əməlləri ilə məşğul olur, daha tez zamanda milyonlar qazanmaq niyyəti güdürlər.

Sovetlər dönəmi dağıldıqdan sonra Azərbaycanda sahibkarlığın inkişafı üçün çox münbit şərait yaradıldı. Sahibkarlar dövlət tərəfindən iqtisadi dəstək alaraq istehsal müəssisələri yaratdılar. Bütün bunların fonunda əsas diqqət qida məhsullarının istehsalına yönəldi.

Əlbəttə, bəzi sahibkarlar bu işə ciddi yanaşaraq fəaliyyətlərində irəliləyiş əldə etdilər. Bəziləri isə yalançı reklamlardan istifadə edərək istehsal etdikləri standartdan kənar məhsulları bazara çıxararaq alıcılara sırıya bildilər. Məhz bunun nəticəsidir ki, bu gün ölkə bazarında standartlara cavab verməyən, yararsız və təhlükəli qida məhsullarına rast gəlinir.

Bizimxeber.az-ın araşdırmasına görə, “Patron” adı altında bazara yol tapmaq istəyən şirkət rəhbərliyi keyfittəydənsə reklama üstünlük verir. Bunun da özəl səbəbləri var. Məlumatda qeyd olunur ki, 2012-ci ildə bazardan çıxarılan “Patron” tumlarının rəhbərliyi indi ciddi dəstək ala bilib. Odur ki, keyfiyyət yox, reklama üstünlük verilir.

Bu tumların keyfiyyətsiz olması ilə bağlı Bizimxeber.az-ın redaksiyasına daxil olan məktublar əsasında bu sahəni dərindən bilən mütəxəssislərlə araşdırma aparmaq qərarı verdik.

Mütəxəssislər nə düşünür?

Mütəxəssislər bildirilər ki, ilk əvvəl bu tumların qurudulması işi düzgün həyata keçirilmir. Daha doğrusu, tumlar nəm olaraq qablaşdırılır. Lazım olan tempetraturda qurudulmur və ya daha yüksək temperaturda qurudularaq keyfiyyətsiz hala salınır. Buna görə də, hava keçirməz qablara yığıldıqdan sonra kiflənir. Bu isə insanların zəhərlənməsinə yol açır.

Bizimxeber.az-ın araşdırmasına görə, qurudulmayan tumların istifadəsi isə daha ciddi təhlükəyə – uşaqlarda və böyüklərdə bağırsaq çöplərinin yaranmasına səbəb olur ki, məhs bu virus digər xəstəliklərə yol açır.

Statistik rəqəmlərə diqqət etdikdə görərik ki, dünyada tumlardan zəhərlənərək dünyasını dəyişən insanların sayı hər il 10 min nəfərdən artıq olur.