Cahangir Hacıyevin Qazaxdakı adamından xəbəri varmı?
8-07-2014, 11:50
Oxunub: 4 253
Artıq 20 ildən artıq müddət ərzində bu vəzifəni daşıyan A.Carçıyev bank filialını əsil ailə müəssisəsinə çevirib
Keçən günlərdə Azərbaycan Beynəlxalq Bankının Qazax filialı barədə ilginc faktları diqqətinizə çatdırmışdıq. Həmin məqalələrdə filialın müdiri Almaz Carçıyevin fəaliyyətində yer almış bir sıra qanun pozuntularına dair maraqlı açıqlamalar təqdim olunurdu. İlk növbədə məlumatlarda bildirilir ki, Beynəlxalq Bankın Qazax filialında fiziki şəxslərə kreditlər “şapka” alınmaqla verilir. Burada söhbət böyük məbləğlərdə ifadə olunan qeyri-istehlak kreditlərindən gedirsə deməli ümumi məbləğin 15-%-i böyük bir rəqəmlə ifadə olunur. Həm də filial müdirinin göstərişi ilə müəyyən şəxslərə sənədləşdirmə aparılmadan “faizə” pul verilməsi hallarının da geniş yer aldığı iddia olunurdu. Eyni zamanda bank filialının fəaliyyətində yer almış daha bir ciddi qanun pozuntusunun da mütəmadi olaraq həyata keçirilən qeyri-leqal pul köçürmələrinin olduğu bildirilir.
Bildiyimiz kimi bu “qara köçürmə” əməliyyatları telefon zəngləri əsasında həyata keçirilir. Bu zaman bankın vəsaitlərindən istifadə olunsa da, əldə olunan gəlir birbaşa Almaz Carçıyevin şəxsi büdcəsinə mədaxil olunur. Artıq 20 ildən artıq müddət ərzində bu vəzifəni daşıyan A.Carçıyev, hazırda rəhbərlik etdiyi bank filialını əsil ailə müəssisəsinə çevirib. Belə ki, oğlu Etibar Carçıyev filiala sürücü vəzifəsinə, gəlini Xanba Mehdiyeva isə mühasib vəzifəsinə işə götürülüblər. Lakin bu şəxslər əslində filialda “ölü canlar” statusuna malikdirlər. Belə ki, işə çıxmayan bu “əməkdaşların” vəzifə funksiyaları digər şəxslər tərəfindən icra olunur. Carçıyevlərin malik olduqları biznes şəbəkəsinə həm Bakıda, həm də Qazaxda yerləşən bir çox ticarət obyektləri, gözəllik salonları, kirayə verilən evlər və sairə daxildir. Maraqlıdır ki, Etibar Carçıyevin şəxsən məşğul olduğu biznes fəaliyyəti də birbaşa Beynəlxalq Bankın Qazax filialı tərəfindən “maliyyələşdirilir”. Belə ki, E.Carçıyev xarici ölkələrdən avtomobillər alıb gətirərək, onların respublikamızda satışını təşkil etməklə məşğuldur.
Həmin ticari əməliyyatlar isə məhz filialın maliyyə vəsaitləri hesabına həyata keçirilir. Bir maraqlı açıqlama da filialda fəaliyyət göstərən valyutadəyişmə məntəqəsinin işi ilə bağlıdır. Bildirilir ki, məntəqənin vətəndaşlara göstərdiyi xidmətin sənədləşdirilməsi düzgün aparılmır. Vətəndaşların adına göndərilən, bank kimi fəaliyyət göstərən kredit təşkilatlarının hesablarından çıxarılan xarici valyutalar bir qayda olaraq təyinatı üzrə manatla ödənilir. Bu zaman həmin valyutanın alış kursu ilə hesablaşma aparılır. Həmin valyutalar isə iş gününün sonunda satış kursu ilə iş müştərilərin manatı ilə əvəzlənir. İddia olunur ki, valyutadəyişmə məntəqəsi də artıq uzun müddətdir ki, A.Carçıyev tərəfindən şəxsi obyekt kimi istismar olunur. Bütün bu maxinasiyalar əlbəttə ki, Almaz Carçıyevin bu gün çox böyük şəxsi sərvətə malik olmasına imkan yaratmışdır. Onun çoxlu obyektlərə müxtəlif yollarla sahiblənməsinə Qazax rayonunun keçmiş icra başçısı Rauf Hüseynov köməklik göstərmişdir. Belə ki, rayon mərkəzində sahibləndiyi İcra Hakimiyyətinin yanındakı yeməkxana, “Maqura” gözəllik salonu, “Orxan” geyim dükanı bu obyektlərin tam siyahısı deyildir. Bakıda isə Almaz Carçıyev Gənclik ərazisində kirayə verdiyi bir neçə mənzilin, Teymur Əliyev küçəsində villa, Mərdəkan qəsəbəsində şəxsi mülkün və torpaq sahələrinin, çoxsaylı kommersiya obyektlərinin sahibinə çevrilmişdir. Onun bütün biznesinə isə qeyd etdiyimiz kimi oğlunun qaynı, keçmişdə OMON-çu olmuş Orxan Mehdiyev rəhbərlik edir. Deyilənə görə Almaz Carçıyev ona elə bir səlahiyyət verib ki, həttta öz doğma qardaşı Vaqifi belə vurmağa cəsarət edir. Qardaşı da vaxtilə bacanağının düşdüyü ağır duruma salınıb. Amma bacanaqdan fərqli olaraq qardaşı ondan şikayət etməyə cəsarət etməyib…Ötən saylarımızda dərc etdiyimiz məqalələri qısaca olaraq xatırlatmaqda məqsədimiz hüquq-mühafizə orqanlarının diqqətini bütün qanunsuzluqların araşdırılmasına cəlb etməkdir. Eyni zamanda redaksiyamıza olan hədə-qorxu dolu zənglər və təhdidlərin qarşısının alınması üçün müvafiq tədbir gördürməkdir. Belə ki, dünən redaksiyamıza əvvəlcə özünü həmkarımız kimi təqdim edən Oruc adlı bir şəxs zəng vuraraq bizim bu yazıları dayandırmağımızı tələb etdi və əks halda başımızın ağrıyacağını bildirdi. Ardınca isə özünü Orxan kimi təqdim edən şəxs zəng edərək əməkdaşımızı ölümlə hədələmiş, küçə söyüşləri ilə təhqir etmiş, onun özünü və yaxınlarını Bakıdakı dostları vasitəsilə məhv etdirəcəyini bildirmişdir. Redaksiyamız bu barədə hüquq-mühafizə orqanlarını dərhal məlumatlandıraraq lazımı təhlükəsizlik tədbirləri gördürmüşdür. Çünki əldə etdiyimiz məlumata görə zəng edən şəxs Mehdiyev Orxan Şaiq oğlu keçmişdə “OMON” sıralarında dövlət çevrilişinə cəhd edən, reketlik üstdə həbsdə yataraq sonunda saxta “dəlilik kağızı” ilə canını qurtaran, bir neçə il bundan əvvəl Almaz Carçıyevin qardaşı Vaqifi mülk üstə ölümcül döyən, rayonda özünə “qoçu” ləqəbi qoyan bir şəxsdir. Onu da qeyd edək ki, Vaqifin həyat yoldaşı Kifayət xanım bütün orqanlara şikayət etsə də onu cəzalandıran olmamışdı. Cəzasızlıqdan ruhlanan Orxan kimi şəxs bu gün cənab prezidentin özünə dost hesab etdiyi jurnalisti öldürməklə hədələməsinə gətirib çıxarır. Biz hüquqi dövlətdə yaşadığımızdan hər şeyi qanun çərçivəsində həll etmək üçün rəsmi müraciət ünvanlayaraq günahkarın cəzalandırılmasını tələb edirik.Mövzuya qayıdacaq və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevin Qaxax filialında baş verən qanunsuzluqlar barədə münasibətini öyrənməyə çalışacağıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər