İqtisad Universitetinin sabiq rektorunun həbsi istənildi
8-07-2014, 14:25
Oxunub: 4 663
Sabiq rektoru məhkəməyə verən onun sabiq müşaviri, iqtisad elmləri doktoru, universitetdə kibernetika elminin yaradıcısı Bədirxan Musayevdir.
Keçmiş müşavirin Şəmsəddin Hacıyevin barəsində xüsusi ittiham qaydasında - Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkəməyə müraciət edilməsinə səbəb deputatın «Mən, Bədirxan Musayevə vətən xaini damğası vuraraq universitetdən qovmuşam» sözləri olub: «Lakin Xətai rayon Məhkəməsi müxtəlif bəhanələrlə şikayəti qəbul etməkdən yayınıb. Məhkəmədən iqtisad elmləri doktoru, professor Bədirxan Musayevə qeyri-rəsmi bildirilib ki, deputata qarşı bu şikayəti qəbul edə bilməzlər. Ona görə də iş Bakı Apellyasiya Məhkəməsinə çıxarılıb».
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə Şəmsəddin Hacıyevə qarşı şikayətə baxılmalıymış: «Lakin məhkəmənin tarixi və saatı haqda Bədirxan Musayev məlumatlandırılmadığından, qarşı tərəf isə prosesə gəlmədiyindən, məhkəmə təxirə salınıb. Proses ayın 9-da saat 10.00-da davam etdiriləcək».
Mia.az məsələ ilə bağlı Şəmsəddin Hacıyevin mövqeyini öyrənə bilməyib.
Professor Bədirxan Musayev isə açıqlamasında xəbəri təsdiqləyib: «Bəli, Şəmsəddin Hacıyev mənə böhtan atdığından onu məhkəməyə vermişəm. O, prezidentin, məhkəmələrin, ümumiyyətlə, Azərbaycan dövlətinin səlahiyyət və hüquqlarını mənimsəyərək, mənə ləkə atıb. Mətbuata deyib ki, Bədirxan Musayevi vətən xaini damğası ilə işdən qovmuşam və s. Axı, o, kimdir ki, belə bir ağır damğa vura bilsin? O, bu sözü ilə nəinki mənim elmi fəaliyyətimi, şəxsiyyətimi, həm də Azərbaycanın hüquqi dövlət olması faktını təhqir edib.
Düşünürəm ki, məhkəmələr Azərbaycanın adına utanc gətirən Şəmsəddin Hacıyevin bu əməllərinin qarşısında artıq aciz qalmamalıdır və cəsarətli qərar verəcəklər. Ən azından Azərbaycan dövlətinin və bu dövlətin rəhbəri möhtərəm İlham Əliyevin səlahiyyətini mənimsəyərək «Vətən xaini damğası vuraraq işdən qovmuşam» deyən şəxs cəzasız qalmamalıdır.
Fürsətdən istifadə edib, ölkə rəhbərliyinə və Ədliyyə Nazirliyinin rəhbərliyinə üz tutub xahiş edirəm ki, bu məhkəmə iclasını xüsusi nəzarətə götürsünlər. Çünki Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev Şəmsəddinin deputat mandatı və pullunun qarşısında duruş gətirəcək adam deyil. Ona görə də jurnalistlərdən də xahiş edirəm ki, həmin iclasda iştirak edib, prosesi işıqlandırsınlar».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər