Bakıda vəzifəli şəxs iş yerində güllələndi.
4-11-2011, 15:05
Oxunub: 7 512

Böyük Şor Lokomotiv deposu rəisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Bu gün Bakıda güllələnmə hadisəsi baş verib. Nizami rayon prokurorunun böyük köməkçisi Mobil Şəfiyevin Bolgexeber.com-a verdiyi məlumata görə, saat 10 radələrində Dadaşov Heydər İslam oğlu adlı şəxs Böyük Şor Lokomotiv deposunun inzibati binasında deponun rəisi Ocaqverdiyev Kamal İsak oğlunu güllələyib.
H.Dadaşov özü ilə gətirdiyi “Makarov” markalı tapança ilə atəş açıb. K.Ocaqverdiyev ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. H.Dadaşov isə saxlanılıb.
Əldə etdiyi digər məlumata görə, 1944-cü il təvəllüdlü H.Dadaşov Bakı lokomotiv Deposunun işçisi olub və il yarım əvvəl pensiyaya çıxıb. O, istintaqa ilkin ifadəsində bildirib ki, güllələdiyi K.Ocaqverdiyev onu məcburi şəkildə işdən çıxmağa vadar edib: “O mənə işdən çıxmaqla bağlı ərizəni məcburi şəkildə yazdırdı”.
Qeyd edək ki, H.Dadaşov K.Ocaqverdiyevə 6 dəfə atəş açıb. Güllələrdən 3-ü hədəf dəyib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər