BolgeXeber.Com » Gündəm » Yeni Suraxanın bələdiyyə sədrinə qarşı ağır ittihamlar

Yeni Suraxanın bələdiyyə sədrinə qarşı ağır ittihamlar

9-07-2014, 16:00
Oxunub: 5 405 Yeni Suraxanı bələdiyyəsinin sədri Ağasəf Rəhimovun adı qanunsuz torpaq satışına qarışıb

Qəsəbədə seçkiöncəsi böyük gərginlik yaranıb.Bildiyimiz kimi, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində fəaliyyət göstərən yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.

Yerli özünüidarəetmə orqanları sosial müdafiə və sosial inkişaf proqramları həyata keçirirlər ki, burda əsas məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar məktəbəqədər tərbiyə, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, yerli əhəmiyyətli yolların tikilməsi və saxlanılması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına kömək göstərilməsi daxildir. Təəssüf ki, ölkəmizdə mövcud olan bələdiyyələrin əksəriyyəti üzərlərinə düşən tapşırıqları qanunda göstərilən formada yerinə yetirə bilmirlər. Bunun səbəbi isə bələdiyyə sədrlərinin vəzifələri ilə yox, tamam başqa işlərlə məşğul olmasıdır. Bir çox bələdiyyə sədri işinin yalnız torpaq satışından ibarət olduğunu hesab edir. Halbuki, bələdiyyənin səlahiyyətində əhalini narahat edən problemlərlə bağlı çox ciddi məsələlər daxildir. Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən mənbənin sözlərinə görə, bələdiyyə sədri Ağasəf Rəhimov müvafiq qanunvericiliyin tələblərini pozaraq özbaşına işlərə imza atıb: «Son illərə qədər Yeni Suraxanı qəsəbəsində boş torpaq sahələri kifayət qədər idi. Lakin bələdiyyə sədri qısa zaman ərzində həmin torpaqların hamısını qeyri-qanuni satdı. Torpaq sahələrinin hərrac yolu ilə satışına dair ölkə rəhbərliyi səviyyəsində qərarın verilməsinə baxmayaraq, Ağasəf Rəhimov əvvəlki qaydada öz işlərini həyata keçirir. Qəsəbə ərazisində bir qarış da olsa boş torpaq sahəsi qalmayıb. Bələdiyyə seçkilərinin yaxınlaşdığını nəzərə alan sədr «birdən növbəti dəfə seçilmərəm» prinsipi ilə çıxış edərək qəsəbə sakinlərinin istirahəti üçün nəzərdə tutulan yerləri də satmaq barədə fikirləşir. Kəndin əsas futbol meydançası təhlükə qarşısındadır. Eşitdiyimizə görə, bələdiyyə sədri stadionun ərazisini satmaq istəyir. Hətta bu məqsədlə iş adamlarından biri ilə ilkin razılıq da əldə edib». Mənbə deyir ki, dövlət tərəfindən Yeni Suraxanı bələdiyyəsinə ayrılan dotasiya təyinatı üzrə xərclənmir: «Bələdiyyənin büdcəsi özünü saxlamaq üçün artıqlaması ilə bəs edir. Amma Ağasəf Rəhimov həmişə büdcədə vəsaitin olmamasından gileylənir. Qəsəbənin bələdiyyənin balansında olan küçə və yolları bərbad haldadır. Yığılan vergilərin və digər rüsumların hara getdiyini bilmirik. Küçələr və zibil qutuları həftələrlə təmizlənmir. Amma bu vəziyyət sanki sədrin vecinə deyil. O gündən-günə maliyyə imkanlarını daha da genişləndirir. Bələdiyyə sədrinə qarşı bir tədbir görülməsə, daha böyük fəsadlar törədəcək». Təbii ki, bələdiyyə seçkiləri öncəsi bu kimi məsələlərin ortaya atılması seçicilərin seçkiyə olan marağını azalda bilər. Odur ki Ağasəf Rəhimov tutduğu əməllərə görə qanuni formada cəzalandırmalıdır.

Yazı ilə bağlı qarşı tərəfin də münasibətini dərc edə bilərik.

gundelik-baku