BolgeXeber.Com » Gündəm » Avtobuslarda bu biabırçılığı da gördük- Foto

Avtobuslarda bu biabırçılığı da gördük- Foto

10-07-2014, 09:55
Oxunub: 3 479 "Bununla 2015-ə gedirik”

Bakının nəqliyyat sisteminin bərbad vəziyyətdə olmasını göstərən növbəti faktı təqdim edirik.

Paytaxt üzrə 142 saylı marşurut xətti ilə işləyən avtobusda sürücülər sərnişinləri insan deyil, yük kimi daşıyırlar. İritutumlu avtobusda çəmi 4 oturacaq var, yerdə qalanları çıxarılıb.Bolgexeber.com-un xəbərinə görə, oxucular milli.az-a yazıb ki, sürücülər oturacaqları çıxarmaqla sərnişinləri təhqir edirlər:

“Bizi kartof kimi daşıyırlar. Bir tormozla sərnişinlər bir-birinin belinə minir. Avtobuslar arasındakı interval isə 50 dəqiqədir. Sürücülər isə avtobusu kofe içərək, siqaret çəkə-çəkə idarə edirlər. Bununla 2015-ə gedirik”.

Həmin marşrutun sahibkarı olan “İsmayıloğlular” şirkətinin rəhbəri Qurban İsmayılov Milli.Az-a belə bir halın olmasını mümkünsüz saydı: “Belə bir hal ola bilməz. Kim onlara icazə verir ki, avtobusdan oturacaq çıxarsınlar? Əgər belə bir hal olsa belə, araşdırılıb tədbir görüləcək”.
.Bolgexeber.com