Mehdiabadda 85 min manat yandı
10-07-2014, 11:00
Oxunub: 3 335
Hadisə vaxtı ev sahiblərindən heç kəsin mənzildə olmaması yanğının faciəsiz ötüşməsi ilə nəticələnib
Abşeron rayonu Mehdiabad qəsəbəsində iki mərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində vətəndaşa məxsus evin 2-ci mərtəbəsi tamamilə yanıb.
Qəsəbənin Aşıq Ələsgər küçəsindəki iki mərtəbəli evin yuxarı mərtəbəsindən başlayaın yanğın qısa zaman ərzində böyük ərazini əhatə edib və tezliklə 5 otağı öz əhatəsinə alıb. Alovla bacarmağın çətin olduğunu görən ev sahibləri dərhal Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt ximdətinə məlumat veriblər. Əraziyə gələn Abşeron rayon dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürənləri alovu ram etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Bu məqsədlə də, əlavə kömək üçün Binəqədi rayonundan da 2 yanğınsöndürmə briqadası çağırılıb.
Ümümi sahəsi 470 kvadrat metr olan evin yuxarı mərtəbəsi tamamilə yansa da, yanğının 1-ci mərtəbəyə keçməsinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
Hadisə vaxtı ev sahiblərindən heç kəsin mənzildə olmaması yanğının faciəsiz ötüşməsi ilə nəticələnib. Yanğın tamamilə söndürüldükdən sonra məlum oldu ki, zərəçəkənin evində olan 85 min manat pul alovun qurbanı olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər