Tanınmış jurnalist bəyanat verdi
10-07-2014, 15:45
Oxunub: 3 630

Samir Feyruzov: "Biz “Hafka”nın oğlu kimi 200 min manatlıq mazarretini şəhərin ortasında yandıra bilmirik”
Bir neçə aydır ki, “Bank Of Azerbaijan” rəhbərliyi, şəxsən Hafiz Məmmədov insanların heysiyyatı, onların şərəf və ləyaqəti ilə oynayır. İnsanlar banka qoyduğu əmanətləri geri götürə bilmirlər. Hər gün müxtəlif bəhanələrə əmanət sahibi olan şəxsləri aldadıb yola salırlar. Hazırda “Bank Of Azerbaijan”da bir qrup fırıldaqçılar fəaliyyət göstərir. Onlar insanlara müxtəlif vədlər verərək başlarını aldadırlar. Artıq banka gedib-gəlməkdən bezmişik. Hər gün yüzlərlə insan bankın qarşısında saatlarla gözləyir. Ancaq problem o həddədir ki, bu məsələ çox ciddi sonluqla bitəcək. İnsanlar bir gün banka hücum edib dağıdıb töksə, o zaman təəccüblənməyin. Hafiz Məmmədov İngitərədə, Fransada keyf eləyir. Ancaq burda yüzlərlə insanın yuxusu ərşə çəkilib. Hamı bilir ki, “Hafka” ölkədən qaçıb. Mənim əldə etdiyim məlumata görə, o 270 milyon manat pulu götürərək aradan çıxıb. Nə edək ki, biz “Hafka”nın oğlu kimi 200 min manatlıq mazarretini şəhərin ortasında yandıra bilmirik. Nə olsun ki, bizim 41 şirkətimiz yoxdur? Nə vaxta qədər qaçıb gizlənəcək? Kişi kimi ortaya çıxıb pulları qayrtarsın, ondan sonra hara gedir getsin. Mən bəzi məsələləri açmaq istəmirəm. Ancaq bunu da vaxt olacaq açacam. Lakin ilkin olaraq onu deyə bilərəm ki, “Hafka”ya yaxın olan şəxsin mənə danışdıqları insanı şoka salır. “Hafka” elə adamları təhdid edir ki, o şəxslər bu ölkədə nüfuz sahibidirlər. O şəxslərin adı mətbuatda hallansa, “Hafka”nın vəziyyəti lap ağır olacaq. Artıq insanların səbri daşıb, ya kimsə ortaya çıxıb pulları qaytarsın. Ya da ki, yaxın günlərdə hər kəs böyük biabırçılıqların şahidi olacaq. İnsanlar aksiya keçirməyə, sözün həqiqi mənasında banka hücum etməyə hazırlaşır. Mən bankda qalan 20 min manat depozitimi almaq üçün bütün variantlardan istifadə edəcəm və qorxacağım heç nə yoxdur. Yaxın günlərdə də “Hafka”nın bu fırıldağı bağlı, əmanətimin geri qaytarılması ilə bağlı millət vəkillərinin və tanınmış şəxslərin imzası ilə dövlət başçısına müraciət edəcəm”.
Samir Feyruzov
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər