BolgeXeber.Com » Gündəm » Misir Mərdanovdan qalma daha bir bazarın sezonu yaxınlaşır

Misir Mərdanovdan qalma daha bir bazarın sezonu yaxınlaşır

11-07-2014, 12:20
Oxunub: 4 382 Abituriyentlərin, xüsusən onların valideynlərinin intizarla və böyük həyəcanla gözlədikləri qəbul imtahanları dönəmi yaxınlaşır

Hər zaman olduğu kimi yumurtadan yun qırxan işbazlar da bu dönəmdə xeyli fəallaşırlar və sadəlöhv, həyəcandan başını itirən insanları aldadaraq ayrı-ayrı xarici ölkə universitetlərinə qəbul olunmaq üçün bazardan kartof almaq qədər asan yol təklif edir, bir çox hallarda onları başdan çıxarmağa nail olurlar.

Heç təsadüi deyil ki, artıq paytaxtdakı avtobuslarda xaricdə ali təhsil almaq üçün "gəl-gəl" deyən reklamlar yağışdan sonra çıxan göbələklər kimi peyda olmağa başlayıb. Moderator.az onlardan birini oxucuların və Təhsil Nazirliyi rəsmilərinin diqqətinə çatdırmağı özünə borc bilir ki, sabah insanlar hücum çəkib ədalət axtarışına çıxanda deməyə sözləri olsun. Eyni zamanda indidən nazirlik vətəndaşlara səslənməlidir ki, illər sonra övladları əllərindəki diplomun tanınması üçün müraciət edəndə hansı xarici ali məktəbləri belə deyək ki, "qara siyahı"ya salıblar və insanları həmin universitetlərə sənəd verməkdən çəkindirsinlər. Hər halda hesab edirik ki, nazirlik saxta yollarla diplom almaq həvəsinə düşənləri sonrakı aqibətləri barədə indidən xəbərdar etməlidir...
Bolgexeber.com