Nurçulara yaxın olan restoran boykot edildi - Bakıda
11-07-2014, 15:35
Oxunub: 3 972
Türkiyənin məşhur kafe brendlərindən olan MADO şəbəkəsinin bütün kafeləri Bakıda boykot edilib
Axar.az-ın verdiyi xəbərə görə, boykotun səbəbi adı çəkilən restoranın sakinlərin hərəkəti üçün nəzərdə tutulan keçidi zəbt edərək yolu bağlamasıdır.
Feysbuk sosial şəbəkəsində bunun üçün “tədbir” ("event") yaradılıb.
“MADO-nu boykot edək” virtual tədbirini təşkil edən jurnalist Tural Qurbanlı saytımıza bildirib ki, onların əsas tələbi keçiddə Nizami küçəsində adıçəkilən restoran tərəfdə hərəkətin bərpa edilməsidir:
“Bu, virtual etirazdır. Biz etiraz edən insanların sayını çoxaltmaqla restoran sahiblərini qanunsuz əməllərindən çəkinməyə çağırırıq. İnsanlar kafedə oturanları narahat etmək istəmədiklərindən və özləri də oradan keçərkən narahat olduqlarından onların hərəkəti üçün tikilmiş keçidlə deyil, günün altıyla hərəkət edirlər. Bunun məsuliyyətini MADO mağazası daşıyır”.
Jurnalist paytaxt sakinlərinə çağırış etməyi də unutmadı:
“Oradan keçənlər kafenin zəbt etdiyi keçiddən istifadə etsin. Vaxtı olanlar axşam saat 8-9 arası şəhərə gəlsin. Dostlarımızla kütləvi şəkildə keçiddə gəzişəcəyik. Onlar insanların haqqını pozmağa son qoyana qədər etirazlarımız davam edəcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər