BolgeXeber.Com » Gündəm » Abutalıbovun yeni və möhtəşəm biznesi – Parkomatlar

Abutalıbovun yeni və möhtəşəm biznesi – Parkomatlar

12-07-2014, 16:25
Oxunub: 3 507 “Yüksək səviyyə” xidmətdə deyil, yalnız qiymətdə özünü göstərir

Adətən bizim bəzi məmurlarımız prezident İlham Əliyevin xalqın mənafeyi naminə bildirdiyi iradları tərsinə başa düşüb həmin problemi öz maraqları çərçivəsində “həll” etməyə çalışırlar. Bu halın dəfələrlə şahidi olmuşuq.
Uzun illərdir şəhərdə yolkənarı parkinq sahələrində ayrı-ayrı şəxslər 20-30 qəpik müqabilində sürücülərə xidmət göstərirdilər (parkinə daxil olanda və cıxanda maşını müşahidi edir, hətta bəzən yükü olanlara kömək göstərirdilər). Buna baxmayaraq, bəzən narazı sürücülər də olurdu ki, dövlətin yolunda dayanmışam, kimsə gəlib məndən pul istəyir.
Təbii ki, gün ərzində bütün şəhər üzrə on min manatlarla pul toplayan həmin şəxslərin (çox güman ki, bu pulların hamısı onların cibinə getmirdi) fəaliyyəti qanunsuz idi. Amma bu gün həmin etirazçı sürücülər də onlara şükr edir. Çünki bir müddət bundan əvvəl yol kənarındakı həmin şəxslərin fəaliyyətinə və ümumiyyətlə, qanunsuz dayanacaqlar və tıxaclar barədə iradlarını bildirən prezident İlham Əliyev də yəqin ki, əhalinin mənafeyi naminə onlardan qanunsuz pul toplanmasına etirazını bildirmişdi.
Lakin prezidentin bu iradından “məharətlə” istifadə edən şəhər meri Hacıbala Abutalıbov özünə yeni biznes yaratmağa başlayıb.
Belə ki, indiyə qədər sürücülərin 20-30 qəpiyə istifadə etdikləri xidmət yüksək səviyyədə təşkil edilib. Lakin “yüksək səviyyə” xidmətdə deyil, yalnız qiymətdə özünü göstərir. 1 dəqiqədən 1 saata qədər 50 qəpik və növbəti hər saat üçün əlavə 50 qəpik heç də pis iştahadan xəbər vermir.
Deməli qısa dayanmalar zamanı 20 qəpik əvəzinə 50 qəpik vermək lazım gəlirsə, evinin, iş yerinin yaxınlığındakı sahələrdə uzun müddətə avtomobilini park edən şəxslər hər gün 3-4 manat ödəməlidirlər. Oradakı formalı əməkdaşların sürücülər “xidmət”i isə ancaq pul tələb etməkdir.
Bir sözlə, yoldaş Abutalıbov üçün yeni biznes forması yaranıb. Bunu da yazaq Hacıbala Abutalıbovun biznes siyahısınna.
Allah xeyir versin!!!
Bizimxeber.az