Əbülfəs Qarayevin bunlardan xəbəri varmı?
14-07-2014, 18:15
Oxunub: 3 447
Azərbaycan özünün zəngin və qədim tarixinə, gözəl təbiətinə və qonaqpərvər insanlarına rəğmən hələ də nəinki dünyanın, hətta heç regionun da turizm mərkəzinə çevrilə bilməyib.
Azərbaycanda iqtisadiyyatın bu ən gəlirli sahəsinə dövlət tərəfindən yüz milyonlarla manat sərmayə qoyulsa da ortada heç bir nəticə yoxdur. Səbəb bu sahədə hökm sürən dərəbəylik və məsuliyyətsizlikdir.
Nümunə üçün Azərbaycana gələn turistlər arasında populyar yerlərdən biri olan və qədim Böyük İpək Yolunun üstündə yerləşən Şəki Karvansara Kompleksini götürək. Bura hər il minlərlə turist gəlir ki, orta əsrlər Azərbaycanının bu qədim ticarət mərkəzi ilə tanış olsun. Amma bəs orada nə görürlər?
Virtualaz.org saytının redaksiyasına bu gün daxil olan bir fotoşəkil həmin karvansaraya baş çəkən turistlərin qarşılaşdığı dəhşətli mənzərəni bütün çılpaqlığı ilə açıb ortaya qoyur.
Belə ki, fotoşəkildən də göründüyü kimi, XVIII əsrə aid olan bu qədim tarixi karvansara kompleksini ziyarət edən turistlər orada qədim arxitekturanın və interyerin gözəllikləri əvəzinə..., qurumaq üçün karvansaranın məhəccərlərinin üstünə sərilmiş alt paltarları görüblər. Mədəniyyət və Turizm Nazirliyinin balansında olan bu kompleksin işçilərindən kimsə, yaxud kimlərsə tarixi binanın eyvanını zivə hesab edərək öz paltarlarını, o cümlədən alt paltarlarını oradan asıb qurudurmuş.
Beləliklə, bu murdar mənzərə ilə qarşılaşan əcnəbi turistlər nəinki təkcə Azərbaycanın XVIII əsr mühitini, həm də azərbaycanlıların hələ də elə XVIII əsrdə yaşamaqda davam etdiklərini əyani şəkildə görüblər.
Əbülfəs Qarayevin nazirliyi isə susur. Mədəniyyət və Turizm Nazirliyinin bu susqunluğu haradasa başadüşüləndir. Axı fotodan gördüyümüz mənzərədən əslində nə mədəniyyətin, nə də turizmin qoxusu gəlmir. Mədəniyyət və Turizm Nazirliyi yazıq neyləsin?!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər