BolgeXeber.Com » Gündəm » AMİ-nin Qazax filialının direktorunun çıxışı gülüş doğurub-Özəl

AMİ-nin Qazax filialının direktorunun çıxışı gülüş doğurub-Özəl

15-07-2014, 10:30
Oxunub: 5 355 Bu lap rəhmətlik Brejnevin son dəfə Bakıda olarkən oxuyacağı vərəqlərin tərsinə qoyulduğuna oxşadı...

Bolgexeber.com-a daxil olan məlumatda deyilir ki, iyun ayının 11-də, saat 11:00 –da Qazax şəhəri “Ədəbiyyat muzeyində” keçirilmiş şair Mustafa Rasimoğlunun “Məni haraylayır Gəmiqayası” kitabının təqdimat mərasimində maraqlı hadisə baş verib. Təqdimat mərasiminə toplaşan söz adamlarının qarşısında çıxış edən AMİ-nin Qazax filialının direktoru, tarixçi Afaq Qasımova şairin kitabına aidiyyəti olmayan məsələlərdən danışmış, bir kəlmə də olsun şeirlər kitabından sitat gətirməmişdir. Nəticədə bu zaldakıların gülüşünə və təəccübünə səbəb olub.
Xanım yerinə əyləşəndən sonra AYB-nin Qazax Üzrə Zona Filialının rəhbəri, tanınmış şair Barat Vüsal belə səhvlə maraqlanarkən, sən demə, kimsə Afaq Qasımovaya Mustafa Rasimoğlunun deyil, başqa şairin kitabını veribmiş. Bu da təqdimata hazırlıqsız gələn filial direktorunun sonradan özünü pis hiss etməsi ilə nəticələnib.
Haşiyə: Bu lap rəhmətlik Brejnevin son dəfə Bakıda olarkən oxuyacağı vərəqlərin tərsinə qoyulduğuna oxşadı. Həmin vaxt Azərbaycan KP-nin 1-ci katibi işləyən ulu öndər Heydər Əliyev yol verdikləri kobud səhvlərə görə, çoxlarını həmin sahədən uzaqlaşdırmışdır.Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com