Astaranın qaz idarəsinin işçilərindən şikayət
15-07-2014, 11:30
Oxunub: 11 435
"Turbaları satıb, yeyiblər"...
Astara sakinləri bu gün təbii qaz problemi ciddi əziyyət çəkirlər. Bu barədə ünvanlanan şikayət məktubunda deyilir:
“Bildirirəm ki, 90-cı illərdə Astara kəndlərini mavi yanacaqla təmin etmək üçün 150-200 diametrlı borularla Pensər -Şiyəkəran-Şahağacı istiqamətində 8 kilometr boru xətti çəkilmişdi. Lakin Sovet İttifaqının dağılması həmin qaz-boru xəttinin istifadəsiz qalmasına səbəb oldu. Bu boru xətləri torpağa basdırılmadığı üçün bu günə qədər öz keyfiyyətini itirməmişdir. Boruların kəsilib naməlum istiqamətdə aparılmasını görüb həmin borulardan bu 3 kənddə yararsız olan işıq dirəklərinin əvəz olunmasını təklif etdik. Amma görünür həmin boruları öz şəxsi mənafeyi üçün istifadə etmək bəzi məmurlara bu təklifimiz də sərf etmədi. Həmin təzə qalmış boruları və kəndlərin daxilində yerləşən borular 4 metrlik ölçüdə kəsərək yerli tikinti firmalarına darvaza dirəkləri üçün satıldığı söylənilir. Əgər elə deyilsə, niyə bəs borular 4 metrlik boyda kəsilib daşındı? Ondan əlavə, istismar olunmuş, lakin işıq dirəyi üçün yararlı ola bilən digər 8 km-lik boru və digər borular da qısa zamanda kəsilib daşındı. Astarada neft şirkətində işləyən bir çox məmurların özəl şirkətlərinə həmin borulardan işıq dirəkləri üçün istifadə etmək yaradı, amma kəndlərdə işıq dirəklərinə yaramadı? Halbuki mindən artıq işıq dirəyi hazırlamaq olardı ki, onlarla da rayonun işıq dirəklərinə olan tələbatını tam ödəmək mümkün idi. Külək əsən kimi işıqlarımız sönür. Bu məmurlar nə vaxta qədər şəxsi mənafelərini dövlətin və xalqın mənafeyindən üstün tutacaqlar? Xahiş edirəm, Astara qaz-istismar idarəsinin bu qanunsuz əməlləri barədə tədbir görülsün!
Yunus Qulamov,
Astara rayonunun Şiyəkəran kəndi”
Redaksiyadan: Qəzet çapa gedərkən şikayətçi Y.Qulamovdan daha bir məktub gəldi. Şikayətçi yazır: “Salam, hörmətli “Təzadlar”! Sizə ünvanladığım ötən məktubda “Azəriqaz” ASC-ninq Astara Qaz İstismar İdarəsi əməkdaşlarının 10 km-lərlə qaz borularını kəsib aparmaları haqqında məlumat vermişdim. Bildirmişdim ki, həmin qaz boruları 1991-ci ildə çəkilsə də istismara verilməmişdi. Onlar yerin üstü ilə çəkildiyinə görə keyfiyyətini hələ də itirməmişdir. Məktubda soruşmuşdum ki, necə olur ki, həmin istismardan çıxarılıb daşınan qaz boruları Neft Şirkətində çalışan yüksək vəzifəli məmurların şəxsi biznes obyektlərinə işıq dirəkləri hazırlamağa yaradı, amma bizim kəndlərin köhnə elektrik dirəklərini dəyişməyə yaramadı? “Azəriqaz” rəsmilərinin bu məsələ ilə bağlı mənə göndərdiyi cavab məktubunu sizə göndərirəm. Dövlətimiz və cənab Prezidentimiz xalqın fasiləsiz elektrik enerjisi və qazla təmin olunması üçün əlindən gələni edir. Amma bu gün səmərəli vasitələrdən istifadə edərək (necə ki, bəziləri öz şəxsi biznes obyektləri üçün edirlər), əhalinin də fasiləsiz enerji ilə təmin olunması üçün həmin borulardan istifadə oluna bilər. “Azəriqaz” rəsmisi mənə qəribə cavab yazıb… Amma yaddan çıxarır ki, mən onlara deyil, cənab Prezidentə müraciət etmişdim. Mənə cavab məktubunda aidiyyatı ünvana yazmağı məsləhət bilirlər. Bu bir daha onların savadsızlığını ortaya çıxarır. Məktubun bir nüsxəsini də Rayon Qaz İS -nin rəis əvəzi Füzuli Məmmədova göndərib ki, yəni mən vətəndaşın cavabını verdim, sən də öz işini davam elə… Sual meydana çıxır: niyə qaz boruları məhz dörd metrlik ölçüdə kəsilib aparıldı? Ona görə ki, həmin borulardan evlərin darvazaları üçün dirək hazırlamaq olur. Həmin ölçü satış üçün əlverişli ölçüdür. Amma Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu faktı araşdırsa, hər şey aydın olacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər