Gəncənin yol polisindən şikayət: "Elə bil dövlət idarəsi yox, bazardır”
15-07-2014, 15:00
Oxunub: 3 707
Deyəndə ki, sizdən şikayət edəcəyəm, cavab verdilər ki, get hara şikayət edirsən et”
Bakı sakini Fəxrəddin Paşayev Gəncə şəhər DYP -nin qeydiyyat imtahan şöbəsində rastlaşdığı pozuntularla bağlı “Qafqazinfo” ya şikayət məktubu göndərib.
Məktubda deyilir: “Bir müddət əvvəl yeznəm Musayev Vilayət avtomobilini qeydiyyatdan çıxarmaq üçün onunla Gəncəyə getməyimi təklif etdi. Avtomobili qeydiyyatdan çıxarıb Tovuz rayonunda qeydiyyata salmalı idik. Qeydiyyat idarəsinin birinci mərtəbəsində 3 nömrəli otaqda sənədimizi aldılar. Ərizə yazan dedi ki, 3 manat verməlisiniz. Pulu verdik. Daha sonra avtomobilə baxdırmaq üçün başqa bir yerə getdik. Orada da bizdən üç manat aldılar.
Kompüter otağında da iki manat istədilər. Daha sonra yeddi nömrəli otağa qalxdıq və orada sənədə baxan kimi “pulunu verin” dedilər. Etiraz etdik ki, biz daha nə qədər pul verməliyik? Əgər avtomobili qeydiyyatdan çıxarmağın rüsumu varsa, çek yazın ödəyək. Cavabında "40 manat ödəməlisiniz" dedilər. Sonra mayor dedi ki, qonaq olduğunuz üçün 30 manat verin. Verdik. Bizi yenidən üç nömrəli otağa göndərdilər. Orada sənədlərimizi kitaba salıb üç manat istədilər. Bundan sonra İlham adlı birisi avtomobili DYP-də qeydiyyata salmaq üçün arayış yazıb 20 manat istədi. Etiraz etdik deyə, 15 manat verdik. Avtomobili qeydiyyatdan çıxarmaq üçün 55 manat pulumuzu aldılar. Elə bil ora dövlət idarəsi deyil, bazardır. Deyəndə ki, sizdən şikayət edəcəyəm, cavab verdilər ki, get hara şikayət edirsən et”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər