700 bal toplayanların əksəri lisey məzunudur
16-07-2014, 10:25
Oxunub: 4 296
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ən yüksək bal-mümkün 700 balı toplayan abituriyentlərin kimliyini və təhsil aldıqları məktəblərin adlarını açıqlayıb.
Komissiyadan Trend-ə verilən məlumata görə, həmin məzunların ikisi rayon və kənd orta məktəbinin, qalanları isə təmayüllü məktəblərin və liseylərin məzunlarıdır.
I ixtisas qrupunda Qurbanlı Könül Yusif qızı Azərbaycan bölməsi üzrə sənəd verib. O, Bakı şəhərindəki "Zəngi" liseyinin bu ilki məzunudur.
İbrahimov Eltun Nazim oğlu Azərbaycan bölməsinə sənəd verib və Bakı şəhərindəki Kimya-biologiya təmayüllü liseyi bu il bitirib.
Hacılı Məmməd İsmayil oğlu Azərbaycan bölməsinə sənəd verib. O, Bakı şəhərində Bakı özəl türk liseyinin "Dədə Qorqud" filialını bu il başa vurub.
Nəbizadə Fatimeyizəhrnemət Azərbaycan bölməsinə sənəd verib, Bakı şəhərindəki Bakı Türk liseyinin (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) bu ilki məzunudur.
Quluzadə Nurlan Fəzayil oğlu Azərbaycan bölməsinə ərizə verib. O, Bakı şəhərindəki "Zəkalar" liseyinin cari il mızunudur.
Iv ixtisas qrupu üzrə sənəd vermiş Məmmədzadə İlkin Rəfael oğlu Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin bu ilki məzunudur.
Bu qrupa sənəd verən Qasımov Nicat Nazim oğlu da Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağsu rayonu 1 saylı şəhər orta məktəbinin bu ilki məzunudur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər