Bayram Kürdəxanlını Sabunçunun icra başçısı həbs elətdirib?-VIDEO
16-07-2014, 11:45
Oxunub: 4 305
Dünən məşhur meyxanaçı Bayram Kürdəxanılı polis tərəfindən saxlanılıb. Sözügedən şəxsin cibindən 1 qramdan bir qədər artıq narkotik maddə götürülüb və bununla bağlı cinayət işi qaldırılıb.
Qeyd edək ki, Bayram Kürdəxanılının narkotik maddə istifadəçisi olduğu çoxdan məlum idi. Bunu onun özü də etiraf edib. Lakin indiyə qədər onun həbs olunmaması və gözlənilmədən belə bir addımın atılmasının səbəbsiz olmadığı şübhəsizdir. Elə buna görədir ki, artıq meyxanaçının həbsi ilə bağlı yeni bir versiya ortaya atılıb.
Jam.az sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, sözügedən şəxsinin həbsinə səbəb onun Sabunçu rayon icra başçısı Adil Vəliyevin təyinatına etiraz etməsi olub. Belə ki, Kürdəxanı kəndinə yeni icra nümayəndəsi təyin etmək lazım gəlib. Amma iddialıların sayı isə bir neçə nəfər olub. Amma icra başçısı camaatın istəmədiyi birini vəzifə başına keçirib. Ki, bu da narazılığa səbəb olub.
Məlumata görə, bu təyinata etiraz edən meyxanaçı Bayram Kürdəxanılı da etiraz edənlərdən biri olub. Hətta onun icra başçısı ilə mübahisə etdiyinə dair bilgilər də var. Bundan qəzəblənən Adil Vəliyevin də onu həbs olunması barədə göstəriş verdiyi deyilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər