Hacıbala Abutalıbov məhkəmədə Şeyxə uduzdu
17-07-2014, 14:50
Oxunub: 2 943
“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova qarşı qaldırdığım iddia ərizəsində Ali Məhkəmə mənim xeyrimə qərar çıxardı”.
Bolgexeber.com bildirir ki, bunu aznews.az-a açqlamasında əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov bildirib. O, qeyd edib ki, hazırda Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin verəcəyi sənədi gözləyir: “Əvvəlcə rayon məhkəməsi, sonra Bakı Apellyasiya Məhkəməsi mənim xeyrimə qərar çıxarmışdı. Məhkəmə işlə bağlı mənə iki ay müddətində qərar verməlidir. O qərara əsasən mənim hüququm bərpa olunacaq. Yəni mən o qanuna əsasən Bakı Şəhər İcra Hakimiyyətindən çıxarılan qərarın icrasını tələb edəcəm. Məhkəmə qərarlarını icra edən idarə var, oradan sənəd alan kimi lazımı addımı atacağam. Hacıbala Abutalıbov vəzifə səlahiyyətindən istifadə edərək mənə əlindən gələn nə pislik vardısa, elədi. Amma qanun qarşısında aciz qaldı. Hacıbala o qanundan kənar qaca bilmədi, bilməyəcək də”.
Xatırladaq ki, Şeyx Əbdül Mahmudbəyovun yaşadığı mənzilə “Qış bulvarı”nın tikintisi zamanı ziyan dəyib. Dəymiş zərərin ödənilməsi ilə əlaqədar aktyor Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes