BolgeXeber.Com » Gündəm » Neftçalada "Qaraqaşlı broyler" ətrafında müəmmalı durum yaranıb

Neftçalada "Qaraqaşlı broyler" ətrafında müəmmalı durum yaranıb

18-07-2014, 09:45
Oxunub: 3 421 Milyonları azansalar da...

Neftçalada "Qaraqaşlı broyler" ətrafında müəmmalı durum yaranıb
Neftçalada yerləşən “Qaraqaşlı broyler” adlı iri quşçuluq fabrikində vəziyyət heç də ürək açan deyil.

Fabrikdə baş verənlərlə əlaqədər yerli mənbələrdən infom.az-a maraqlı məlumatlar daxil olub. Məlumatlara görə fabrikin əsas sahibi Məhəmməd Hüseynovdur və o, yuxarı dairələrin birində təchizat şöbəsinin rəhbəri vəzifəsində işləyir.

Rəsmi sənədlərdə fabrikin müdiri Əlirza Hüseynov (familyaları eyni olsa da qohumluq əlaqəri yoxdur) görünsə də faktiki Məhəmməd müəllimin qardaşı Şakir Hüseyinov idarə edir.

Dolayısıyla bütün rəsmi sənədlər, həmçinin möhür və ştamp da Şakir müəllimdədir. Müəssisənin formal müdiri Əlirza müəllim isə yalnız rəsmi tədbirlərdə qonaq –qara qabağına çıxır.

Broylerdə 23 ədəd quşçuluq damı var ki, bunların hər birində 70 min ədəd körpə cücə saxlanılır. Həmin cücələr isə 35 gündən sonra yeməli, yəni çəkisi ən azından 1 kq 500 qram gələn toyuğa çevrilir və 1 kq-ı 2. manat 80 qəpikdən satışa çıxarılır.

Rəqəmlərlə oxucunu yormaq istəmədiyimizdən hesab detallarına girmirik. Qısaca olaraq qeyd etmək istəyirik ki,1 damın aylıq gəliri ən azından 70-80 min manat arasında dəyişir.

23 damı hesablasaq bu, bir ay ərzində milyon yarımdan çox manat edir. Hələ Babzanlı ərazisndə yerləşən digər damları saymırıq.

Səhv başa düşməyin, fikrimiz kiminsə zəhmətlə qazandığı pulun haqq-hesabını aparmaq deyil .

Bizi narahat edən məsələ müəssisədə çalışan 410 işçinin taleyi, onların əmək müqaviləsi, sığortası, müəssisədə aparılan ikili mühasibat və sair problemlərdir.

Məsələn, biz heç cür anlaya bilmirik ki, niyə görəsən burda çalışanların maksimum əmakhaqqı 150 manatdan yuxarı deyil?

Axı bu böyüklükdə təsərrüfata gəlir gətirən də elə həmin kollektivdir.

Fabrikin gəlirləriylə müqayisədə onların aldıqları əməkhaqqı çox cüzi gorünürmü?

Nə isə, bu məqamlara əlaqədar təşkilatlar aydınlıq gətirsin, bizsə keçək ayrı mətləblərə.

Bizə çatan xəbərlərdə deyilir ki, son iki gündə fabrikdə ardıcıl iki hadisə baş verib.

Dünən axşam idarənin pul kassası (söyləntilərə görə içində 30 min manat pul olub), bu gün isə ( ayın 16 iyin) fabrikin həyətində yerləşən 5 min ədəd yem tayası alışaraq yanıb.

Hərçənd baş verənlər müəssisə üçün elə də əhəmiyətli hadisə deyil. Amma istər-istəməz ortada narahatlıq yarandan hallar var.

Bu narahatlığın başlıca səbəbi hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi müəmmasıdır.

Broylerdə baş verənlərlə əlaqədar ən azından ayda 300 manat əməkhaqqı alan hüquq mühafizə orqanları işçiləri bu işi araşdırıb günahkarları ortaya çıxarmalıdır.

Neftçalada "Qaraqaşlı broyler" ətrafında müəmmalı durum yaranıb

Amma necə? Bax, əsl məsələ də elə budur.

Belə hadisələrdə adətən müasir texnologiyalardan istifadə olunduğu halda Hüseynov qardaşları, deyəsən, buna çox əhəmiyyət vermirlər və ya ümumiyyətlə bu kimi cinayətlərin ortaya çıxmasında özləri maraqlı görünmürlər.

Əks halda aylıq qazancı bir milyon manatdan çox olan obyektdə adi təhlükəsizlik kamerası qoyulardı.

Biz hələ müəssisənin ekoloji problemlərini qabardaraq çox dərinə getmək istəmirik.

P.S. Fabrik rəhbərlərinin nəzərinə: Müəssisədə oğru axtarıb bu hadisədən işçilərə təzyiq vasitəsi kimi istifadə edincə aylıq səyahətlərin bəzilərini ixtisara salmaq və ərazidə təhlükəsizlik kamereları quraşdırmaq, bir də Tanrıya xatir broylerdə qul kimi çalışanlara normal əməkhaqqı vermək lazımdır.