Balakən RPİ Maliyyə şöbəsi ilə bağlı şok faktlar
18-07-2014, 11:30
Oxunub: 4 907
Şöbə müdirinin oğlunun törətdiyi qəzada bir nəfər öldü
Son vaxtlar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Maliyyə İdarələri rəhbərliyi tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, müxtəlif maliyyə maxinasiyaları və sairə bu kimi neqativ hallarla bağlı mövzulara mətbuat səhifələrində tez-tez rast gəlmək olur.
Redaksiyamıza daxil olan məlumatlarda ən ciddi qanun pozuntularının müşahidə olunduğu maliyyə qurumlarından biri kimi də Balakən rayon Polis İdarəsinin Maliyyə şöbəsinin adı çəkilir.
Bildirilir ki, rayonda bütün idarə və müəssisələr, habelə büdcə təşkilatları yerli Maliyyə İdarəsi rəhbərinin yox, Polis İdarəsi Məliyyə şöbəsinin müdiri polis mayoru Elza Seyidovanın əlindən boğaza yığılıblar.
Maliyyə şöbəsi müdirinin sərgilədiyi fəaliyyət isə ölkəmizin maliyyə sistemilə bağlı əldə edilən bir sıra uğurları şübhə altına alır. Belə ki, məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, maliyyə şöbəsinin müdiri fəaliyyəti dövründə bu və digər dərəcədə maliyyə maxinasiyalarında iştirak, hətta onlara rəhbərlik edib ki, bu da xoşagəlməz hal hesab olunur. İdarə rəisinin bu hərəkəti isə ictimaiyyətdə ciddi narazılıqlar yaradıb.
Xatırladaq ki, Elza Seyidovanın mərhum həyat yoldaşı da polis əməkdaşı olub. Lakin narkotik məsələsinə görə həbs edilib və sonra isə dünyasını dəyişib. O da vurğulanır ki, həyat yoldaşından qalmış avtomobili hazırda oğlu Elvin Seyidov idarə edir. Amma təəssüf ki, hüquq-mühafizə orqanlarında çalışmasına baxmayaraq, Elvin Seyidov cavanlıq edib və qəza törədib. Bu zaman isə bir nəfər dünyasını dəyişib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 148-ci kilometrliyində, Balakən rayonu Qazbinə kəndi ərazisindən keçən hissəsində baş verib. 1958-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Fərman Heydər oğlu İbrahimovun idarə etdiyi VAZ-21132 markalı 90 UD 152 dövlət nömrə nişanlı minik avtomobil Balakən şəhər sakini, 1985-ci il təvəllüdlü Elvin Aydın oğlu Seyidovun idarə etdiyi "Hyundai” markalı 90 BK 996 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Baş vermiş qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. F.İbrahimovun xəsarətləri ağır olduğundan onu həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanada müalicə alan E.Seyidovun isə məsuliyyətə cəlb ediləcəyi gözlənilir.
Növbəti sayımızda, Elvin Seyidovun Dövlət Yol Polisindən nə üçün uzaqlaşdırılıb sahə müvəkkili təyin olunması və digər ilginc faktlara toxunacağıq. Bildirək ki, Elvin Aydın oğlu Seyidov Qax rayon Polis Şöbəsində Zəyəm, Şotavar və Qoroğan kəndləri üzrə sahə müvəkkili vəzifəsində işləyir
Yazı ilə bağlı qarşı tərəfin də münasibətini dərc edə bilərik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər