BolgeXeber.Com » Gündəm » Gəncədə direktorlar müəllimlərin maaş kartlarını əllərindən alıb?

Gəncədə direktorlar müəllimlərin maaş kartlarını əllərindən alıb?

18-07-2014, 13:00
Oxunub: 2 419 Şəhər Təhsil İdarəsinin müdirinin tapşırığına əsasən onların əmək haqlarının bir qismi götürülür, etiraz edənləri isə hədələyirlər

Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblərin müəllimlərinin əmək haqqı kartları əllərindən alınıb. Bu barədə həmin müəllimlərdən bir neçəsi məlumat verib.

Məlumatda deyilir ki, sözügedən kartlar müvəqqəti olaraq müəllimlərə verilir, onlar əmək haqlarını götürdükdən sonra yenidən direktorlara qaytarırlar. Bu barədə göstəriş isə Gəncə şəhər Təhsil İdarəsinin müdiri tərəfindən verilib. Səbəbi isə konkret olaraq məlum deyil.

Amma bilinən odur ki, direktorlar həmin kartları sahiblərinə verənə qədər onların maaşlarının bir qismini özlərinə götürürlər. Müəllimlər Jam.az-a bildiriblər ki, son belə vəziyyət yay ayları ilə əlaqədar təhsil işçilərinin məzuniyyətə çıxması zamanı baş verib. Belə ki, onlar məzuniyyət pullarını alarkən məlum olub ki, həmin məbləğin bir qismi götürülüb.

Bundan əlavə, yaranmış vəziyyətə etiraz edənlərə isə təzyiqlər edilir. Onları işdən çıxaracaqları və ya müxalifətçi damğası vuracaqlarını bildirib, bu şəkildə davam etmələri tələb olunur. Amma Gəncədə vəziyyətin dözülməz olduğunu bildirən müəllimlər bu şəkildə davam etməyin mümkün olmadığını qeyd edirlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.