Goranboy sakinlərinə yayın istisində Yezid zülmü verən kimdir?
18-07-2014, 15:05
Oxunub: 5 186
Əkin-biçin məhv olur
Goranboy sakinləri içməli suyun azlığından şikayətlənir. Sakinlərin Ans press-ə etdikləri şikayətdə bildirilir ki, əhaliyə verilən pay torpaqlarındakı əkin əraziləri susuzluqdan yanır. Bu səbəbdən də, kənd sakinləri torpaqdan məhsul götürə bilmirlər.
Kənd sakini Samir Mirzəyevin sözlərinə görə, onun 40 hektar torpaq sahəsi var. Lakin orada əkilən pambıqlar su olmadığı üçün yanır.
“Suyu əhaliyə tanışlıqla verirlər. Mənim əkin sahəm susuz yanır. Amma Sudan İstifadə etmə Birliyinin rəhbəri Müşviq Mustafayev suyu öz tanışlarının sahələrinə verir. Yerdə qalan əhalinin torpaqları susuzluqdan yanır. Bizdən bir hektara görə 20 manat pul istəyir. Bizim çörəyimiz torpaqdan çıxır. Onu da bizim əlimizdən alanda yaşamağa həvəs belə qalmır”.
Məsələ ilə bağlı birliyinin rəhbəri Müşviq Mustafayevlə əlaqə saxladıq. Onun verdiyi açıqlamaya görə, Goranboyda həqiqətən də içməli su qıtlığı var.
“Suyumuz azdır. Hər ailənin 2-3 hektar pay torpaqı var. Çalışırıq onları su ilə təmin edək. Bu insanın 80 hektar torpağı var. Onun 15-20 hektarına su veririk. Yerdə qalanına su çatmır. Əgər suyun hamısını onun torpaqlarına versək, digər əhali susuz yanacaq. Su İdarəsindən bizə suyu az verirlər”.
Məsələ ilə əlaqədar Su İdarəsinin rəisi Rauf Teyyubov açıqlamasında şikayətlərin əsassız olduğunu bildirdi. Onun sözlərinə görə, rayon əhalisinin hamısına su verilir.
“Biz əhaliyə suyu növbə ilə veririk. Hazırda bütün su nasoslarımız saz vəziyyətindədir. İçməli suyu Qarabağ kanalından götürürük. Şəhərin mərkəzilə yanaşı 25 kəndin hamısında içməli su var. Sadəcə növbəlilik sistemi qurmuşuq ki, əhalinin hamısına su çatsın”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər