Sabunçuda törədilmiş qətllə bağlı məlumat - Rəsmi
19-07-2014, 17:00
Oxunub: 2 801
Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonunda törədilmiş qətlin “isti izlər”lə açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.
Belə ki, iyulun 12-də 20-25 yaşlarında şəxsiyyəti istintaqa məlum olmayan üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilmişdi.
Fakta bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı.
Aparılmış istintaqla qətlə yetirilmiş şəxsin 1994-cü il təvəllüdlü, Salyan şəhər sakini Xudiyev Nurlan Xudaverdi oğlu olması müəyyən edilmişdi.
Həyata keçirilmiş tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü, Bakı şəhər sakini Məcidli Zamin Tofiq oğlu iyulun 19-da tutulub. Z.Məcidli sübhəli şəxs qismində dindirilərkən törətmiş olduğu cinayəti etiraf edərək cinayətin aləti olan mətbəx bıçağını və N.Xudiyevin üzərində olmuş fotoşəkilləri yaşadığı evin həyətində basdırdığını bildirib. Onun ifadəsi yerində yoxlanılarkən həmin bıçaq və fotoşəkillər aşkar edilərək götürülüb.
İş üzrə çoxsaylı şahid ifadələri alınmış və müvafiq ekspertizalar təyin edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər