“Bank of Azerbaijan” vətəndaşları etiraz aksiyasına çağırdı
21-07-2014, 11:00
Oxunub: 3 949
"Bu dəfə bizə bankda dedilər ki, gedin, pulunuzu Milli Bankın sədri Elmar Rüstəmovdan və Azərbaycan Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyevdən alın".
Bu fikirləri Bolgexeber.com-a açıqlamasında zərərçəkən jurnalist Samir Feyruzov deyib:
“Hər gün “Bank of Azerbaijan"a gedirəm. Hər dəfə müxtəlif bəhanələrlə məni geri qaytarırlar. Öz adıma və qohumlarımın adına olan əmanəti hələ də ala bilməmişəm. Deyirlər ki, “Bank of Azerbaijanı"ı onlar müflis edib və indi də bank üstündə bir-birilərini qırırlar. Bu sözləri bankdan mənə dedilər. Bütün əmanətçiləri də Milli Banka göndərirlər ki, gedin, orada mitinq keçirdin”.
"Bank of Azerbaijan"a qoyduğu əmanətləri hələ də ala bilməyən S.Feyruzov deyib ki, hazırda bankda kim nə istəyirsə onu da edir: “2-3 nəfər fırıldaqçını gətirib orada otuzdurublar, onlar da insanları müxtəlif vədlərlə aldadırlar. Deyirlər, gedin, kimə deyirsinizsə, deyin. Cənab Prezidentin banklar haqqında çıxışı oldu, ancaq hələ də bundan nəticə çıxarmırlar. “Bank of Azerbaijan"la vətəndaşlar arasında yaranan problem heç kimi maraqlandırmır. Bu boyda bank insanları dolayıb, guya müflis olub. Amma hələ ki, dövlət qurumları bu məsələ ilə bağlı münasibət bildirmir. Onsuz da bankdan insanları aksiya keçirməyə çağırırlar. Sabah bu insanlar aksiya keçirsələr nə olacaq? Mən bu informasiyanı dəqiq bilirəm ki, Hafiz Məmmədov 270 milyon vəsaiti, insanların pulunu götürüb qaçıb. Burda da bankın qalan pullarını müxtəlif şəxslər mənimsəyib. Xalqın pulunu qaytarmaq istəmirlər. “Bank of Azerbaijan”da bir neçə məmurun da əmanəti var. Artıq vətəndaşlarla aksiya keçirməyi planlaşdırırıq. “Bank of Azerbaijan” ölkədə xaos yaratmaq, ölkədə sabitliyə xələl gətirmək istəyir. Belə olmasaydı, vətəndaşları Milli Bankın və Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə çağırmazdılar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər