Qaydanı pozan maşın prezidentin mətbuat katibinindir - Video
21-07-2014, 12:00
Oxunub: 3 458
Ötən gün sosial şəbəkələrdə Prezident Administrasiyasına məxsus 10 PA 522 dövlət nömrə nişanlı BMW markalı avtomobilin İstiqaliyyət küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əks etdirən video yayılıb.
Musavat.com avtomobilin kimə məxsus olduğunu dəqiqləşirib. Əldə etdiyimiz məlumata görə, maşın prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımovun istifadəsindədir. Qarşı yola çıxan avtomobildən düşən və onun maşınına yol verilməsini tələb edən də Azər Qasımovun özüdür.
Xatırladaq ki, Prezident Administrasiyasına məxsus avtomobilin şəhərin mərkəzində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının videogörüntüləri yayılıb. Sosial şəbəkələrdə yayılan video İstiqlaliyyət prospektinə çəkilib. 10 PA 522 dövlət nömrə nişanlı BMW markalı avtomobil qoşa xəttin tələbini pozaraq, qarşı hərəkət zolağına çıxır və hərəkətini bu cür davam etdirmək istəyir.
Qeyd edək ki, yol hərəkətinin pozulduğu yerdə günün əksər vaxtlarında DYP əməkdaşları növbə çəkir. Videodan da görünür ki, hadisə yerinin təxminən 20-30 metrliyində polis əməkdaşı dayanıb.
Bakı Şəhər Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov Musavat.com-a bildirib ki, məzuniyyətdən yeni qayıdıb və yayılan videodan xəbərsizdir. Bununla belə, Vaqif Əsədov əmin edib ki, kimliyindən asılı olmayaraq, yol hərəkəti qaydalarını pozan sürücülər cəzalandırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər