BolgeXeber.Com » Gündəm » Qobustan Həbsxanasının rəisi dəyişdirilib

Qobustan Həbsxanasının rəisi dəyişdirilib

21-07-2014, 18:20
Oxunub: 2 529 Mədət Quliyev daha bir dəyişikliyə getdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə yeni təyinatlar olub.Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin Qobustan Həbsxanasının rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovniki Fikrət Qafarova, 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovnik-leytenantı Rövşən Niyazova həvalə edilib.Qobustan Həbsxanasının rəisi, ədliyyə polkovniki Şahin Osmanov ədliyyə orqanlarında qulluq keçmə yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.