Fəzail Ağamalı jurnalistləri təbrik edir
22-07-2014, 09:45
Oxunub: 3 493
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 22 İyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib
Bolgexeber.com bildirir ki,təbrikdə deyilir:
Hörmətli media nümayəndələri! Əziz mətbuat işçiləri!
Müstəqil Azərbaycanın Milli Mətbuat günü münasibətilə Sizi təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə hamınıza uğurlar arzulayıram.
Azərbaycan milli mətbuatının yaranmasından 139 il ötür. Ötən müddət ərzində Azərbaycan mətbuatı uzun, keşməkeşli və şərəfli bir yol keçmişdir. Zamanından və tarixi şəraitdən asılı olmayaraq mətbuatımız həmişə xalqımızın mədəniyyətinin və tarixinin keşiyində durmuş, çoxəsrlik milli ənənələrimizin qorunub saxlanılmasına böyük töhfələr vermişdir. Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan müasir Azərbaycan dövlətinin bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sistemi də demokratik prinsiplərə söykənərək ciddi uğurlara imza atır.
Dəyərli mətbuat işçiləri!
Sizi bir daha bu əlamətdar gün münasibətilə anavətənçilər adından təbrik edir, respublikamızda və dünyada baş verən hadisələrin cəmiyyətə və ölkəmizdə gedən demokratik dəyişikliklərin beynəlxalq aləmə çatdırılmasında, geniş analitik təhlillər aparılmasında sizlərə yüksək professionallıq və əsl vətənpərvərlik mövqeyi göstərməyi, oxucuların sevgi və yüksək etimadını qazanmağı arzulayıram.
Bayramınız mübarək!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər