Lerik meşələri yanır
22-07-2014, 10:40
Oxunub: 4 026
Meşə ərazisində yanğının söndürülməsinə helikopter cəlb olunub
Lerik rayonunda meşə massivində baş verən yanğın davam edir.
Bolgexeber.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə ərazisində yanğının söndürülməsinə Nazirliyin Aviasiya Dəstəsindən 1 helikopteri cəlb olunub.
Yanğınsöndürmə işləri davam edir.
Qeyd edək ki, bir neçə gündür davam edən yanğın yerli meşə təsərrüfatına məxsus 2 hektaradək ərazini əhatə edib.
Yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olduğundan yanğının söndürülməsi işinə traktorlar və digər ağır texniki vasitələrlə yanaşı, yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar.
Yanğının əhatə dairəsinin genişlənməməsi üçün iri çalalar qazılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova apa-ya bildirib ki, yanğın bələdiyyə ərazisində başlayıb, sonradan yüksək dağlıq meşə fondu torpağına keçib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər