BolgeXeber.Com » Gündəm » Ukrayna ordusu daha iki şəhəri separatçılardan azad etdi

Ukrayna ordusu daha iki şəhəri separatçılardan azad etdi

22-07-2014, 14:50
Oxunub: 2 319 Ukrayna anti-terror qüvvələri Luqansk vilayətinin separatçıların əlində olan Severodonetsk şəhərinə daxil olublar.

Bu barədə Anti-Terror Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vladislav Seleznyov məlumat verib.

“Anti-terror qüvvələri Severodonetskdə daxil olublar. Hazırda şəhərin terrorçulardan təmizlənməsi davam edir. Bunun nə qədər davam edəcəyini demək çətindir. Toqquşmalar davam edir”, - deyə Seleznyov bildirib.Bundan başqa verilən digər məlumata görə Ukrayna ordu birləşmələri dünən axşamdan etibarən hücum etdikləri Donetsk vilayətinin Dzerjinski şəhərini bir az öncə tam olaraq ələ keçirib