Həsən Şirinovun sürücüsünə vəzifə verildi
23-07-2014, 02:30
Oxunub: 4 121
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) kadr dəyişikliyi olub
Bolgexeber.com-un aznews.az-a istinadən məlumatına görə, idarə rəisi polis polkovniki Nuşirəvan Səfərov özünə ikinci müavin təyin edib. Belə ki, idarənin şöbə rəisi vəzifəsində çalışan Eyvaz Şahverdiyev bundan sonra müavin kimi çalışacaq. Qeyd edək ki, BŞDYP rəisinin ikinci müavini Rəşadət Babayev yol-patrul xidməti alayının komandiri təyin olunandan sonra bu vəzifə boş qalmışdı.
Nuşirəvan Səfərovun digər bir əmri ilə 3-cü tağımın komandiri Mayıl Yusifov Eyvaz Şahverdiyevin yerinə təyinat alıb. 3-cü tağıma da yeni rəhbər gətirilib. Bu vəzifəni bundan sonra 8-ci tağımın inspektoru Füzuli Əsədov icra edəcək.
Qeyd edək ki, Eyvaz Şahverdiyevin müavin statuslu yerinə təyinat alan Mayıl Yusifov Baş Yol Polis İdarəsinin müavini Həsən Şirinovun kadrı kimi tanınır. H. Şirinov BŞDYPİ-nin rəisi işlədiyi vaxtda Mayıl Yusifov onun sürücüsü olub.
Onu da bildirək ki, son günlər Həsən Şirinovun işində verdiyi ciddi nöqsanlara görə, cəzalandırılması barədə xəbərlər yayılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər