BolgeXeber.Com » Gündəm » Quba Rayon Gənclər və İdman İdarəsində bərbad vəziyyət

Quba Rayon Gənclər və İdman İdarəsində bərbad vəziyyət

24-07-2014, 13:05
Oxunub: 3 129 Fəaliyyətində nöqsanlar əksik olmayan Mustafa Mehtalayev...

Təəssüf hissi ilə qeyd etmək istərdik ki, bəzi rəsmi strukturlar respublikamızın ayrı-ayrı rayon və şəhərlərində fəaliyyət göstərən maliyyə idarələrində baş verən mənfi hallara, bu qurumların rəhbərləri tərəfindən həyata keçirilən müxtəlif maxinasiyalara və vətəndaş hüquqlarının pozulması hallarına son qoymaq əvəzinə ən müxtəlif vasitələrdən yararlanırlar. Qanunazidd hallara qarşı tədbirlərin tərkib hssəsi kimi bəzi müəssisələrdə, o cümlədən ayrı-ayrı rayonların gənclər və idman idarələrində keçirilmiş yoxlamaların nəticəsi olaraq, bir sıra idarə rəislərinə qarşı müxtəlif cəzalar tətbiq olunub.

Ancaq bütün bunlara baxmayaraq, bu gün bir çox rayonların gənclər və idman idarələrində vəziyyət olduğu kimi bərbad halda qalmaqdadır. Daha dəqiq desək, gənclər və idman idarələrinin bir çoxu müəyyən vasitələrlə bütün yoxlama və təftişlərdən yayınmağa müvəffəq ola bilirlər. Məhz bu səbəbdən də, uzun müddətdir ki, bəzi idarələr tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, müxtəlif maliyyə maxinasiyaları və sairə bu kimi mənfi hallarla bağlı mövzular mətbuat səhifələrində öz aktuallığını saxlaya bilir. Biz də, dəfələrlə qəzetimizin ötən saylarında bu mövzuya müraciət etmiş və daxil olan məlumatlar əsasında bir neçə rayonun gənclər və idman idarəsinin fəaliyyətindəki ciddi nöqsanlardan ətraflı bəhs etmişik. Təəssüfləndirici də olsa, deməliyik ki, Quba rayon Gənclər və İdman İdarəsi də, fəaliyyətində nöqsanlar olan qurumlardandır. Qeyd edək ki, Gənclər və İdman İdarəsinə rəhbərlik edən Mustafa Mehtalayev barədə heç də xoş sözlər deyilmir. Mətbuatdan da, hər kəsə məlum olduğu kimi, sözügedən idarə rəisi zaman-zaman polislərlə yola getmir. Səbəb isə onun tez-tez sərxoş olması göstərilir. Həmçinin dəfələrlə olub ki, o sərxoş vəziyyətdə dava salıb. Sonuncu dəfə isə Mustafa Mehtalayev nazirliyin gənclər üçün təşkil etdiyi tədbirdə qalmaqal yaradıb. Quba rayon polis şöbəsindən verilən məlumata görə, tədbir rayonun mərkəzində baş tutub. İnsident zamanı Mustafa Mehtalayev polis əməkdaşları ilə dalaşıb. Polisin tənqidlərinə tabe olmayan Quba rayon Gənclər və İdman İdarəsinin rəisi bölməyə aparılıb. Bölmədə müəyyən ediblər ki, saxlanılan şəxs sərxoşdur. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə inzibati qaydada qərar qəbul edilib. Mustafa Mehtalayev belə bir hadisənin olmasını inkar etsə də, rayon sakinləri və polis başqa söz deyir. Deyilənə görə, özünü idarə rəisi kimi apara bilməyən Mustafa Mehtalayevin əməlləri yalnız bununla bitmək bilmir. Məsələn bildirilir ki, Quba rayon Gənclər və İdman İdarəsinə ayrılan maliyyələrin hardan gəlib, hara getdiyi məlum deyil. Yəni vətəndaşlar üçün məlum deyil. Amma Mustafa Mehtalayev üçün gün kimi aydındır. Əldə olunan digər məlumata görə isə, Quba rayon Gənclər və İdman İdarəsinin fəaliyyətində də, araşdırılmalı bir sıra məsələlər var. Söhbət rayonda fəaliyyət göstərən Quba Olimpiya İdman Kompleksindən gedir. Göründüyü kimi, kifayət qədər araşdırılmalı nöqsanlar və qaranlıq məqamlar var. Bu qaranlıq məqamların bir hissəsinin işqlandırılması bizə düşsə də, məsələnin tam şəkildə araşdırlıb, problemlərin aradan qaldırılması və vəzifəsindən sui-istifadə edənlərin cəzalandırılması müvafiq qurumların səlahiyyətindədir.gundelik-baku