İcra başçısı 5 milyonluq villa aldığını təsdiqlədi - Foto
24-07-2014, 20:20
Oxunub: 3 086
“Villanı alğı-satqı etməmişik, “barter” etmişik"
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov “Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq prezidenti Tağı İbrahimovun Novxanıda yerləşən 4.5 milyonluq villasını alması barədə yayılan məlumatlara münasibət bildirib.
B.Səfərov açıqlamasında haqqında yayılan məlumatlara maraqlı cavab verib:
“Lap 5 milyon yazsınlar. Hamı villa ala bilər, mən yox? Belə şeylərə fikir vermək lazım deyil”.
B.Səfərov jurnalistin “Vila almağınız barədə xəbərlər doğrudur?” sualına belə cavab verib:
“Bu, yalan və ya doğru məlumat ola bilər. Məndə o qədər pul hardandır? O qədər pulum yoxdur”.
Sonra B.Səfərov zarafatla deyib ki, həmin villa dəyişdirilib: “Villanı alğı-satqı etməmişik, “barter” etmişik (Red: gülür)”.
Xatırladaq ki, Tağı İbrahimovun Novxanıdakı möhtəşəm villasını 4,5 milyona satdığı barədə ekskluziv xəbəri axar.az saytı olaraq biz yayımlamışıq. Onun tanınmış icra başçılarından birinə satıldığı haqda məlumat redaksiyamızda olsa da, təsdiqlənmədiyi üçün açıqlamamışdıq
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər