Şuşanın icra başçısı:"Villa almışam, yaxşı eləmişəm, kimə nə dəxli var"
26-07-2014, 14:55
Oxunub: 5 481
Bayram Səfərov yenə villasından danışdı
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun “Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq prezidenti Tağı İbrahimovun Novxanıda yerləşən 4.5 milyonluq villasını alması mətbuatın gündəmindən düşmür. Teleqraf.com Bayram Səfərova yenidən müraciət edərək yayılan məlumatlara münasibətini öyrənib.
- Bayram müəllim, ATV-nin keçmiş prezidentinə məxsus olmuş qiyməti milyon dollarlarla ölçülən villanı almağınız mətbuatın gündəmindən düşmür. (Fikrimi tamamlamağa imkan vermir)
- Nə yazırlar?
- Yazırlar ki, Bayram Səfərovda bu qədər pul hardandır?
- Qələt edirlər. Bu, mənim şəxsi işimdir.
- Axı siz Şuşa İcra Hakimiyyətinin, Qarabağın Azərbaycan icmasının başçısısız?
- Nə olsun?
Mən villa ala bilmərəm?
Almışam, yaxşı eləmişəm, bunun kimə nə dəxli var.
- Maaşınız buna imkan verir?..
- A kişi, gedin öz işinizlə məşğul olun.
- Bizim işimiz elə belə məqamlarda sizə sual ünvanlamaqdır.
- Mənim şəxsi işimə qarışa bilməzsiz.
- Dövlət büdcəsindən maaş alan məmurun villa alması şəxsi işdir?
- Bəli, şəxsi işdir, mən icra başçısı olmaqla bərabər, sizin kimi insanam.
- Axı mənim nəinki villa, ev almağa belə imkanım yoxdur.
- İşləsəniz olar, sağ olun.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər