BolgeXeber.Com » Gündəm » Hansı bank müştərilərini necə soyur? – ARAŞDIRMA

Hansı bank müştərilərini necə soyur? – ARAŞDIRMA

26-07-2014, 17:00
Oxunub: 2 541 Bu ilin əvvəlindən Azərbaycanda kreditlərin faiz dərəcələrinin azaldılması üçün atılan addımlar hələlik gözlənilən nəticəni verməyib. Fins.az-ın məlumatına görə, ölkə banklarının xüsusilə əhalinin geniş təbəqələri üçün təqdim etdiyi istehlak kreditlərinin faizləri əvvəlki kimi çox yüksəkdir. Üstəlik, banklar bu faizlərdən başqa, kredit müştərilərindən yüksək komission haqları da tələb edirlər. Belə vəziyətdə kredit götürmək üçün sərfəli bank tapmaq çətindir.
Ayrı-ayrı banklarda fiziki şəxslərə girovsuz qaydada, yəni iş yerindən arayış və zaminlə verilən nağd pul kreditlərinin şərtlərini təqdim edirik…
№ Bankın adı İllik faiz dərəcəsi Komisyon haqq Şərtlər
1 “Accessbank” 25-29% 2-4,5% Dövlət işində çalışanlara, “Accessbank”da və yaxud digər banklarda müsbət tarixçəyə malik olanlara kredit aşağı faizlə ayrılır.Komisyon haqqı 2000 manata qədər 4,5%, 4000 min manata qədər 3,5%, 4000 manatdan çox kredit üzrə 2%-dir.
2 “AFB Bank” 17-24% 3% + 1% bankomat xərci +MKR xərci (adambaşına 3 manat) Kredit maksimum 3 illik müddətə verilir.Dövlət işində çalışanlar və müsbət tarixçəyə malik təkrar müştərilər üçün illik faiz dərəcəsi müddətdən asılı olaraq 15-16-17%, digər müştərilər üçün isə 20-22-24%-dir.
3 “Amrahbank” 26-33% 3-4,5% + sığorta haqqı Kredit maksimum 3 illik müddətə ayrılır. Dövlət və özəl müəssislərin işçiləri üçün illik faiz dərəcəsi tutduğu vəzifədən asılı olaraq 26-30%, ayrıca olaraqtəhsil və səhiyyə sahələrində çalışanlar üçün 26%, təqaüdçülər üçün isə 33%-dir.Komiyon haqqı dövlət işçiləri üçün müddətdən asılı olaraq 4-4,5%, təhsil və səhiyyə işçiləri üçün 3%, digər müştərilər üçün isə 3-4,5%-dir.
4 “Atabank” 22-24% 2,5% Kredit maksimum 4 il müddətinə ayrılır. Kreditin illik faiz dərəcəsi 2 ilə qədər olan kreditlər üzrə 22%, 2-4 il arası kreditlər üzrə 24%-dir.
5 “Atrabank” 30% 3% Bankın ilk müştərilərinin götürdüyü kreditin məbləği 1000 manata qədər olduqda, komisyon haqqından əlavə 25 manat da hesab açılması üçün ödənilməlidir.
6 “Azərbaycan Beynəlxalq Bankı”(ABB) 22-23% 3-5% Kredit maksimum 5 illik müddətə, əmək haqqını və müavinətini ABB-nın plastik kartları ilə alanlara ayrılır. Kreditin illik faiz dərəcəsi 3 ilə 22%, 3-5 ilə 23%-dir. Komisyon haqqı 1 ilə qədər 3% (minimum 20 manat) olmaqla tutulur. Sonrakı hər il üçün komisyon haqqı 0,5% (minimum 10 manat) artır.
7 “Azərbaycan Kredit bankı” 28-34% 2% Kredit maksimum 1,5 ilə ayrılır.Təkrar müştərilər və maliyyəsektorunda çalışanlar üçün
kreditin illik faiz dərəcəsi 28-32%,
digər müştərilər üçün isə 30-34%-dir
8 “Azərbaycan Sənaye Bankı” 16-24% 1-2% (minimum 20 manat) + 1% nağdlaşdırma xərci + MKR xərci (5 manat) Kredit maksimum 3 illik müddətə ayrılır.Kreditin illik faiz dərəcəsi müddətdən asılı olaraq bankın tərəfdaşı olan yerli və xarici şirkətlər üçün 16-17-18%, güc strukturlarında işləyənlər istisna olmaqladövlət işçiləri üçün 18-20-22%, digər müştərilər üçün 20-22-24%-dir. Komisyon haqqı 1-ci qrup müştərilərdən 1%, digər müştərilərdən isə 2% tutulur.
9 “AGBank” 26-36% 4,6-8,6% Kredit maksimum 3 illik müddətə ayrılır.Kreditin illik faiz dərəcəsi müştərinin tarixçəsindən və iş yerindən asılı olaraq fərdi qaydada müəyyən olunur.Komisyon haqqı 1 ilə 4,6%, 2 ilə 6,6%, 3 ilə isə 8,6%-dir.
10 “Azər-Türk Bank” 18-23% 1-2% + sığorta haqqı + MKR xərci (3 manat) Kredit maksimum 3 illik müddətə ayrılır.Bankla tərəfdaş müəssisələrin işçiləri üçün illik faiz dərəcəsi müddətdən asılı olaraq 18-19-20%,digər müştərilər üçün 20-22-23%-dir.
Komisyon haqqı müddətdən asılı olaraq kreditin məbləğinin 1-1,5-2%-i qədərdir.
11 “Bank Avrasiya” - - Kredit girov müqabilində ayrılır
12 “Bank of Baku” 23-32% 5-8,5% Kredit maksimum 3 illik müddətə ayrılır. Komisyon haqqı 1 ilə 5%, 2 iə 7%, 3 ilə 8,5%-dir. Bankın müsbət tarixçəyə malik müştəriləri üçün kredit illik 23%-lə, digər müştərilər üçün isə iş yerindən asılı olaraq 28-32%-lə verilir.
13 “Bank of Azerbaijan” 26-32% 2,5% Hal-hazırda kreditlərin verilməsi dayandırılıb.
14 “Bank BTB” 28-36% 4-8% + 5 manat Kredit maksimum 3 illik müddətə ayrılır. Kreditin illik faiz dərəcəsi dövlət işçiləri üçün 30%, metro işçiləri üçün 28%, özəl müəssisələrin işçiləri üçün 32%, təqaüdçülər üçün 36%, təhsil və səhiyyə işçiləri üçün isə 30-32%-dir. Komisyon haqqı 1 ilə 4%, 2 ilə 6%, 3 ilə isə 8%-dir.
15 “Bank Respublika” 25% 2-4% Kredit maksimum 3 il müddətinə ayrılır. Komisyon haqqı 5 min manata qədər 4%, 5 min manatdan çox kredit üzrə 2%-dir.
16 “Bank Standard” 20-25% 3-4% Kredit maksimum 3 illik müddətə ayrılır. Komisyon haqqı 5000 manata qədər 4%, 5 min manatdan çox kreditlər üzrə 3%-dir. Kreditin illik faiz dərəcəsi müştərinin iş yerindən və tarixçəsindən asılı olaraq müəyyən edilir.
17 “Bank VTB” 26% 4,7% Kredit maksimum 3 illik müddətə ayrılır
18 “Dekabank”
19 “Dəmirbank” 24-34% 2% + sığorta haqqı Kredit maksimum 3 illik müddətə ayrılır. Bankla tərəfdaş müəssisələrin işçilərinı kredit 24-26%-lə, digər müştərilərə isə 28-34%-lə verilir. Konkret hədd müştərinin tarixçəsindən asılıdır.
20 “Expressbank” 18-27% 3-4% Kredit maksimum 3 illik müddətə ayrılır. Bankla tərəfdaş müəssisələrin (o cümlədən “Azərenerji” ASC-nin) əməkdaşları üçün kredit 18%-lə, digər müştərilər üçün isə 27%-lə verilir.
21 “Evrobank” - - Kredit verilmir
22 “Gəncəbank” - - Kredit girovla verilir
23 “Günaybank” - - Kredit girovla verilir
24 “Xalqbank” 20-28% 0,6% Kredit maksimum 4 il müddətinə ayrılır. Kreditin illik faiz dərəcəsi dövlət işçiləri üçün 20-24%, digər müştərilər üçün isə 24-28%-dir. Konkret hədd müştərinin tarixçəsindən və ödəniş qabiliyyətindən asılıdır.
25 “Kapitalbank” 26-28% 5-9% Kredit maksimum 3 il müddətinə, əmək haqqını və təqaüdünü “Kapitalbank”ın plastik kartları ilə alanlara verilir. Komisyon haqqı 1 ilə 5%, 2 ilə 7%, 3 ilə 9%-dir. Kreditin illik faiz dərəcəsi iri şəhərlərdə 26%, digər bölgələrdə isə 28%-dir.
26 “Kredobank” - - Kredit girovla verilir
27 “Qafqaz İnkişaf Bankı” - - Kredit verilmir
28 İran Milli Bankının Bakı filialı - - Kredit girovla verilir
29 “Muğanbank” - - Kredit girovla verilir
30 “Naxçıvanbank” - - Kredit girovla verilir
“NBC Bank” 26-30% 4% (minimum 30 manat) Kredit maksimum 2 illik müddətə ayrılır. Müsbət tarixçəyə malik təkrar müştərilərə illik faiz dərəcəsindəgüzəşt edilir.
31 “Bank Nikoil” 30% 3% Kredit maksimum 2 illik müddətə ayrılır.
32 “Parabank” 31-36% 6% (minimum 20 manat) Kredit maksimum 3 illik müddətə, banka ilk dəfə müraciət edənlərə isə maksimum 1 illik müddətə ayrılır. Müsbət tarixçəyə malik təkrar müştərilərə hər dəfə illik faiz dərəcəsində 1% güzəşt edilir.
33 Pakistan Milli Bankının Bakı filialı - - Kredit girovla verilir
34 “Paşabank” - - Kredit verilmir
35 “Rabitəbank” 26-28% 4-5% Kredit maksimum 2 illik müddətə ayrılır. Kreditin illik faiz dərəcəsi yeni müştərilər üçün 28%, təkrar müştərilər üçün 26%-dir.Komisyon haqqı 1 ilə qədər 4%, 1 ildən çox kreditlər üzrə 5%-dir.
36 “Bank Technique” 26% 0,5% + sığorta haqqı + hesab açmaq (10 manat) + MKR xərci (adambaşı 1 manat) Kredit maksimum 2 illik müddətə ayrılır.
37 “Turanbank” 20-29% 4-5% Kredit maksimum 2,5 illik müddəyə ayrılır. Krediti illik faiz dərəcəsi 1 ilə qədər 20%, 1,5 ilə qədər 23%, 2 ilə qədər 26%, 2,5 ilə qədər 29%-dir. Komisyon haqqı 2 ilə qədər 4%, 2 ildən çox kreditlər üzrə 5%-dir.
38 “Unibank” 19-36% 5-7% Kredit maksimum 4 illik müddətə ayrılır. Komisyon haqqı 1 ilə qədər 5%, 1 ildən çox kreditlər üzrə 7%-dir. Kredit bankın müsbət tarixçəli müştərilərinə 19-20%-lə, ilk dəfə “Unibank”ın seçən müştərilərə 26%-lə, digər müştərilərə isə 28-36%-lə ayrılır.
39 “Yapı Kredi Bank” 18-24% 2,5% Kredit maksimum 3 illik müddətə ayrılır. Dövlət işində çalışanlara və müsbət tarixçəyə malik olanlara kreditin illik faiz dərəcəsi 18-20%, digər müştərilərə isə 22-24% olur.
40 “Yunayted Kredit Bank” - - Kredit girovla verilir
41 “Zaminbank” - - Kredit verilmir