İlham Əliyev Peru və Mərakeş liderlərini təbrik etdi
26-07-2014, 18:55
Oxunub: 3 745
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş və Peruya təbrik məktubu ünvanlayıb
Bolgexeber.com xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Peru Prezidenti Olyanta Umala Tassoya ünvanlanan təbrik məktubunda deyilir:
"Peru Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Peru əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".
İlham Əliyev Olyanta Umala Tassoya ən xoş arzularını yetirib, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyib.
Prezident İlham Əliyevin Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə ünvanladığı təbrik məktubunda isə qeyd edilir:
" Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və əməkdaşlıq münasibətləri ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq daim möhkəmlənəcək və inkişaf edəcəkdir".
İlham Əliyev VI Məhəmmədə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim sülh və firavanlıq diləyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər