BolgeXeber.Com » Gündəm » Kərəm Həsənovun Ucardakı adamının özbaşınalığından prezidentə şikayət

Kərəm Həsənovun Ucardakı adamının özbaşınalığından prezidentə şikayət

28-07-2014, 08:20
Oxunub: 2 714 Bir torpaq sahəsinin üzərində ayrı-ayrı 2-şəxsin adına çıxarışlar verməklə vətəndaşları üz-üzə qoyulub

Bolgexeber.com-un elektron poçtuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16-saylı Ərazi İdarəsinin rəhbərliyinin və Ucardakı digər məmurların qanunsuz əməllərindən bəhs edən şikayət məktubu daxil olmuşdur.Məktubu olduğu kimi təqdim edirik:

Keçmiş siyasi məhbus, müstəqil jurnalist, hüquq müdafiəçisi Fuad Hüseynov tərəfindən
MÜRACİƏT

"Ucar rayon sakini İbrahimov Vahid Məmməd oğlu müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16-saylı Ərazi İdarəsinin rəhbərliyinin qanunsuz əməllərindən əsaslı şikayət etmişdir. Beləki Vahid İbrahimov sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün tikdirdiyi obyektinin dövlət reyestri xidmətindən qeydiyyata alınması məqsədi ilə təqdim etdiyi sənədləri həmin idarə qanunsuz olaraq geri qaytarmaqla qeydiyyata almaqdan imtina etmişdir. Əsas kimi isə həmin tikintinin 8,5 metr məsafəsindən yüksək gərginlikli elektirik xəttinin keçməsi və əlavə olaraq tikinti zamanı 5 kvadrat metr torpaq sahəsinin zəbt edildiyini göstərirlər.
Ancaq ortada olan digər sənədlər və qanunu müddəalar təsdiq edir ki, Vahid İbrahimov tikintini qanunu qaydada aparmış, elektirik xətti 12 metr aralı məsafədən keçir, əksinə 5 kvadrat metr torpaq sahəsi boş saxlanılıb hansı ki, sənədlə həmin torpaq sahəsi də şikayətçiyə məxsusdur.
Araşdırma zamanı müəyyən edildi ki, tikintiyə başlanılmamışdan əvvəl yer seçmə aktını Ucar Paylayıcı Elektirik Şəbəkəsi imza etmiş, həmçinin tikinti işləri başa çatdıqdan sonra obyektin istismara qəbul edilməsi haqda Qəbul Komissiyasının 18 noyabr 2013-cü il tarixli aktı da var.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16-saylı ərazi idarəsinin rəisi Ədalət Cabbarov və onun müavini Vaqif Abdullayevin istədiyi pulu vermədiyi üçün sahibkarın sənədləri qanunsuz olaraq geri qaytarılmışdır.Bu korrupsiya əməlləri ilə məşğul olan cütlüyün qanunsuz əməllərindən vətəndaşlar çox əziyyət çəkirlər.
Ucar rayon ərazisində çoxlu sayda tikilmiş obyektlər var ki, düz yüksək gərginlikli elektirik xəttinin yaxınlığından keçir. Bir neçə zəbt olunmuş torpaq sahələri var ki, onlara qanunsuz qeydiyyat çıxarışları verilmişdir. Bir torpaq sahəsinin üzərində ayrı-ayrı 2-şəxsin adına çıxarışlar verməklə vətəndaşları üz-üzə qoymuşdular. Vahid İbrahimovun obyektinin yaxınlığındaki bütün tikililərə reyester çıxarışları verilmişdir.

Biz bu qanunsuzluq faktları ilə əlaqədar aidiyyatı orqanlara şikayətlər göndərmişik. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə,Əmlak Komitəsi sədri Kərəm Həsənova və Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanova müraciət edib Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin 16-saylı ərazi idarəsinn rəisi Ədalət Cabbarovun və onun müavini Vaqif Abdullayevin qanunsuz əməllərini obyekti araşdırıb onların barəsində təsirli tədbirlər görülməsini xahiş edirəm”
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com